Vətən Müharibəsi qazisi Əzim Qafarov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müalicə olunması üçün Gülhanə xəstəxanasına göndərilib.
Bizim.Media xəbər verir ki, Mehriban Əliyevanın tapşırığı ilə Vətən Müharibəsinin iştirakçısı olmuş 1986-cı il təvəllüdlü Qafarov Əzim Rafik oğlu müvafiq müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyənin Gülhanə xəstəxanasına göndərilib.
Onu Azərbaycandan ixtisaslaşmış həkim də müşayiət edib.
Cəbrayılda döyüş zamanı 3 güllə xəsarəti alıb:
“Bir güllə onurğa sinirimi zədələyib, ayaqlarım hərəkətsizdir. İndi müalicə üçün Türkiyəyə aparırlar, inşallah həkimlər məni sağaldacaqlar.
Allah Prezidentimizin, Mehriban xanımın canını sağ eləsin, onlara uzun ömür versin. Onların tapşırığı ilə məni Türkiyəyə aparırlar.
Ümidliyəm, inanıram ki, orada ayaqlarım açılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.
Ə.Qafarovun həyat yoldaşı Ülviyyə Qafarova da qazinin Türkiyənin Gülhanə xəstəxanasında müalicə olunmasına köməklik göstərdiyi üçün Prezidentimizə və Mehriban xanım Əliyevaya təşəkkür edib.
Bizim.Media