Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edib

Ölkə Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 16-da ədliyyə naziri Fikrət Məmmədov Qusar rayonu Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula yazılış qabaqcadan başlanılıb, həmçinin vətəndaşlar nazirliyin elektron xidmət portalı vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanından yararlanıblar.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub. Hakimlər və ədliyyə işçiləri ilə görüş zamanı ölkə Prezidentinin ötən ay Şəki Məhkəmə Kompleksinin açılışında keçirdiyi müşavirədə korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı tələbləri diqqətə çatdırılaraq aidiyyəti tövsiyə və tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

myGov-da təhlükəsizlik PROBLEMİ – Şəxsi məlumatlara icazəsiz giriş edilir?

myGov-da təhlükəsizlik PROBLEMİ – Şəxsi məlumatlara icazəsiz giriş edilir?

Yeni ölümcül qrip yayıldı – Bu şəxslər RİSK altında

Yeni ölümcül qrip yayıldı – Bu şəxslər RİSK altında

2026-cı ildə rekord səviyyədə varlanacaq BÜRCLƏR

2026-cı ildə rekord səviyyədə varlanacaq BÜRCLƏR

Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı

Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı

Astarada fəhlə iş yerində qəfil HƏYATINI İTİRİB

Astarada fəhlə iş yerində qəfil HƏYATINI İTİRİB

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub

Bayram ərəfəsində qazsız qalan Hövsan – “Azəriqaz” sakinləri niyə soyuqda qoyur?

Bayram ərəfəsində qazsız qalan Hövsan – “Azəriqaz” sakinləri niyə soyuqda qoyur?

Azərbaycanda donuzların sayı azalıb –RƏQƏMLƏR

Azərbaycanda donuzların sayı azalıb –RƏQƏMLƏR

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA

Dünyada ilk dəfə süni intellekt aktrisası yaradıldı – Hollivud etiraz etdi – VİDEO

Dünyada ilk dəfə süni intellekt aktrisası yaradıldı – Hollivud etiraz etdi – VİDEO

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yeni ilə qədər ARIQLAMAQ - Hansı pəhrizlər effektivdir?

Yeni ilə qədər ARIQLAMAQ - Hansı pəhrizlər effektivdir?

Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?

Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?

Bu qurumun rəhbəri dəyişdi

Bu qurumun rəhbəri dəyişdi

2026-cı ildə həyatları tamamilə dəyişəcək BÜRCLƏR

2026-cı ildə həyatları tamamilə dəyişəcək BÜRCLƏR

Ağdərədə kişi hündürlükdən yıxılaraq ölüb

Ağdərədə kişi hündürlükdən yıxılaraq ölüb

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir - FOTOLAR

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir - FOTOLAR

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

Sabah Bakıya qar YAĞACAQ

Sabah Bakıya qar YAĞACAQ

End of content

No more pages to load

RADİO