Aynurdan MTRŞ-ə: Oturub tək-tək qüsur seçmək avaraçılıq əlamətidir - FOTO

Milli Televiziya Şurasının aparıcıların nitq qüsurları ilə bağlı hesabatına tanınmış aparıcı Aynur Talıbova münasibət bildirib.

Moderator.az xəbər verir ki, “Qafqazinfo”x9dya açıqlama verən teleaparıcı “Bura Azərbaycandır”x9d verilişinin 10 il bundan qabaq çəkildiyini bildirib:

“Bu qurumu nə ciddi hesab edirəm, nə də qüsur saydığı şeyin üzərində müzakirə aparmaq niyyətindəyəm. Hansı savadlarına güvənib dildə və kimin dilində qüsur axtarırlar? Bişmiş toyuğun gülməyi gəlir. Konkret olaraq məni nəzərdə tutub qeyd etdikləri məqama gəlincə... Bu veriliş 2004-cü ilin sentyabrında, 39 dərəcə hərarətlə, xəstə ikən çəkilib. Dəfələrlə efirdə təkrarları verilib. Əzbər deyildi, improvizasiyadan ibarət işimiz vardı. Ekstremal hallarda iş prosesində ac-susuz, xəstə ola-ola yeni tanış olduğun geniş iformasiyanı kameraya deyərkən mexaniki olaraq səhvlərə yol vermək böyük qəbahət deyil.

MTRŞ məndən başqa ardıcıl olaraq müxtəlif kanallarda sadəcə turizm - tanıtım məqsədi güdən 108 proqram hazırlayan bir nəfərin adını çəksin. 5 dəfə ölkəni dövr eləmişəm. TV proqramları zamanı topladığımız materiallardan 3 dildə 3 ayrı kitab çıxarmışam. 4-cü də önümüzdəki il işıq üzü görəcək. Bu araşdırmaları eləyən və əməyi üz ağardan neçə adamın adını çəkə bilərlər? 10 il bundan əvvəl çəkilmiş verilişlərin hələ də efirdə getməsi yaradıcı qıtlığın bəhrəsidir. Yerli media və onun iş prinsipləri elə vəziyyətdədir ki, ağlı, savadı, istedadı və sair kimi özəllikləri olan çox sayda peşəkar iş yerlərini tərk edib, başqa sahələrdə çalışır...”x9d

Aynur Talıbova dil probleminin mövcüd olduğunu bildirib:

“Bəli, dil problemi mövcuddur. Problemin həlli dərindir. Bu yaxınlarda mətbuatda Azərbaycan dilinə daxil edilmiş 2500 yeni kəlimə ilə qarşılaşdım. Dilə salınmış yeni xarici ifadələrin bəzilərinin izahı ya baş-ayaq, ya da səhv verilib. Nümunə üçün uzağa getmək lazım deyil. Qonşu Türkiyəyə Türk Dil Qurumu fəaliyyət göstərir. Onlar dilçiliyi nizama salır. Dövlət kanalı TRT-də diksiya kursları mövcuddur. O kurslara dilində və nitqində qüsur olan insanları ümumiyyətlə qəbul etmirlər.

Bizdə Azərbaycan dilində düzgün nəfəs almağı və doğru danışmağı öyrədən tək bir vəsait göstərə bilərsinizmi? Oturub tək-tək qüsur seçməklə məşğul olmaq avaraçılıq, bekarçılıq əlamətidir. Əvəzində kütləvi şəkildə savadsızlığın töküldüyü mediada bu halın qarşısını almaqdan ötrü daha faydalı işlərlə məşğul ola bilərlər. Məsələn, dövlət televiziyası rəhbərliyi ilə ortaq düşünüb çox sanballı dil kursları təşkil edib, 3-4 sanballı dilçini bir araya gətirib Azərbaycan dilində doğru danışma sənəti adında dərslik hazırlaya bilərlər. Çox iş görülməlidir. Amma boş işlərlə vaxt öldürmək daha qiymətlidir”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Superliqa klubu yeni baş məşqçisini AÇIQLADI

Superliqa klubu yeni baş məşqçisini AÇIQLADI

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Beş bürc yeni ilə partlayışla BAŞLAYACAQ

Beş bürc yeni ilə partlayışla BAŞLAYACAQ

“Putin sülhə köklənməyib, Ukrayna reparasiya tələb edir” — Zelenski

“Putin sülhə köklənməyib, Ukrayna reparasiya tələb edir” — Zelenski

"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər

"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər

Bu üsulla soyuqdəymədən iki günə SAĞALA BİLƏRSİNİZ

Bu üsulla soyuqdəymədən iki günə SAĞALA BİLƏRSİNİZ

Goranboyda bir ailənin üç üzvü balıqdan ZƏHƏRLƏNDİ

Goranboyda bir ailənin üç üzvü balıqdan ZƏHƏRLƏNDİ

DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

Türkiyə və Ermənistan arasında viza rejimi SADƏLƏŞDİ

Türkiyə və Ermənistan arasında viza rejimi SADƏLƏŞDİ

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni SƏHİFƏ – VİDEO

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni SƏHİFƏ – VİDEO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Bağça müəllimlərinin Yeni il tədbirindəki görüntüləri ilə bağlı araşdırma BAŞLADI

Bağça müəllimlərinin Yeni il tədbirindəki görüntüləri ilə bağlı araşdırma BAŞLADI

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

Bu restoranda nöqsanlar aşkarlandı - FOTO

Bu restoranda nöqsanlar aşkarlandı - FOTO

Bu il Azərbaycana gətirilən vaksinlərin əsas hissəsi Hindistandan alınıb

Bu il Azərbaycana gətirilən vaksinlərin əsas hissəsi Hindistandan alınıb

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib - FOTO

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib - FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi - FOTO

Nəsimi rayonunun icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Nəsimi rayonunun icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Bakıda sələmçi 23 bıçaq zərbəsi ilə öldürülüb

Bakıda sələmçi 23 bıçaq zərbəsi ilə öldürülüb

Allergiyası olanlar “Yolka”dan uzaq dursunlar – Həkimdən təhlükəsi barədə XƏBƏRDARLIQ

Allergiyası olanlar “Yolka”dan uzaq dursunlar – Həkimdən təhlükəsi barədə XƏBƏRDARLIQ

Mədəniyyət Nazirliyi 2025-ci ilin HESABATINI verdi

Mədəniyyət Nazirliyi 2025-ci ilin HESABATINI verdi

Hesablama Palatası bu qurumda YOXLAMA aparır

Hesablama Palatası bu qurumda YOXLAMA aparır

End of content

No more pages to load

RADİO