Ziya Məmmədov da istintaqa çağırıldı

Dövlət büdcəsini talamaqda, külli miqdarda mənimsəmələrdə, vəzifə saxtakarlığında, rüşvət almaqda və başqa cinayətlərdə ittiham olunaraq həbs edilən keçmiş məmurların əhatə dairəsi böyüyür.

İlin əvvəlindən "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərov, "Baku Stell Comany" MMC-nin rəhbəri Rasim Məmmədov və sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs ediliblər.

 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi


Xatırladaq ki, 2013-cü-ildən başlayaraq yarıtmaz fəaliyyətinə və adı müxtəlif korrupsiya qalmaqallarında hallanan çoxlu sayda məmur istefaya göndərilib. Dövlət hakimiyyətində mühüm vəzifələr tutmuş bu şəxslər və onların yaxınları daim əldə etdikləri hüdudsuz sərvət, dəbdəbəli həyat tərzi və qanunsuz hərəkətləri ilə cəmiyyətin gündəmindən düşməyiblər.

Hakimiyyətin nüfuzuna zərbə vuran belə kadrların əksəriyyəti hakim komandadan təmizlənsə də, onlar müxtəlif yollarla cinayət təqibindən yaxa qurtarmışdılar.

Məlumatlı mənbələrdən daxil olan məlumata görə, aparılan həbslər bu sıraya daxil olan oliqarxlardan da yan keçməyəcək. Mənbə bildirib ki, artıq keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaqa dəvət edilib.

Ölkənin ən varlı oliqarxlarından biri olmuş Məmmədov 2013-cü ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib.

Mənbə qeyd edir ki, bu şəxslərin məsuliyyətə cəlb olunması korrusiyaya qarşı mübarizədə siyasi iradə nümayişi ilə yanaşı həm də hüquq mühafizə orqanlarının rəhbərliyində aparılan dəyişikliklərlə bağlıdır. Məlumdur ki, DİN, DTX və Baş Prokurorluğa yeni kadrlar rəhbərlik edir. Onların xələfləri keçmiş komanda yoldaşlarının ört-basdır etdikləri korrupsiya və s. cinayətlərinin dosyelərini rəflərdən endiriblər.

Məlumatlı mənbə dövlətə külli miqdarda zərər vurmuş oliqarxların heç birinə güzəşt edilməyəcəyini vurğulayıb.

"Ölkəyə böyük pulların gəldiyi vaxtlar dövlət vəsaitlərini çapıb-taladılar, mənimsədilər, özlərinə burada və xaricdə topdağıtmaz var-dövlət yığdılar. Amma indi hesab vaxtı çatıb, kimin cinayəti varsa, cəzasını da alacaq" - deyə mənbə vurğulayıb. (Qaynarinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı

Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

"Xruşşovka"lar sökülür?

"Xruşşovka"lar sökülür?

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

Tofiq Paşayevə AĞIR İTKİ

Tofiq Paşayevə AĞIR İTKİ

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

Zelenski İrəvana gəldi

Zelenski İrəvana gəldi

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

End of content

No more pages to load

RADİO