Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Xaçmaz şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.
Bu barədə Moderator.az-a komitədən bildirilib.
Komitədən qeyd edilib ki, baş planın ilkin layihəsi ilə tanışlıq noyabrın 18-dən başlayaraq 60 gün müddətində Xaçmaz şəhərində keçiriləcək.
Qurumdan həmçinin bildirilib ki, bu müddət ərzində maraqlananlar layihəyə dair etiraz və təkliflərini bildirə bilərlər.