Amma bu gün rayon mərkəzində elə bir problem qalmaqdadı ki, görünür onun həlli uzun çəkəcək. Söhbət şəhərin mərkəzində az qala üfunət yerinə çevrilmiş Göyçay Avtonəqliyyat”x9d ASC-dən gedir. Bəziləriniz fikirləşə bilərsiniz ki, avtonəqliyyatın üfunətə nə dəxli var? Amma söhbət ondan gedir ki, Göyçay Avtonəqliyyat”x9d ASC-nin ərazisində çirkab, antisanitariya vəziyyətində olan bir bazar fəaliyyət göstərir. Qanunsuz, heç bir normaya cavab verməyən bir bazar.
Bir qrup Göyçay sakininin redaksiyamıza ünvanladığı müraciətdə də elə yarıtmaz fəaliyyəti olan “Göyçay Avtonəqliyyat”x9d ASC-dən və onun içindəvolan bazardan söhbət gedir.
Onlar 1999-cu ildə “Göyçay Avtonəqliyyat”x9d ASC-yə çevriləndən sonra baş verən özbaşınalıqlara etirazlarını bildiriblər. Rayon sakinləri ASC yaradılandan sonra işçilərin qanunsuz olaraq işdən çıxarılmasından, keçmiş avtonəqliyyat müəssisəsində çalışan işçilərə məxsus səhmlərin qanunsuz olaraq onlardan alınmasından, müəssisənin tabeliyində olan nəqliyyat vasitələrinin yeni yaradılan ASC-nin sədri tərəfindən mənimsənilməsindən və ASC-nin qanunsuz olaraq bazar kimi fəaliyyət göstərməsindən narazıdır. Sakinlər “Göyçay Avtonəqliyyat”x9d ASC-nin sədri Arif Əliyevin fəaliyyətindən və onlara qarşı etdiyi qanunsuz əməllərindən şikayətçidir.
Vaxtı ilə bu avtonəqliyyat müəssisəsi”x9dndə 600-ə qədər Göyçay sakini çalışıb. İşçilərin dediyinə görə, müəssisənin tabeliyində 400-dən çox avtomobil olub. Orada çalışanların əksəriyyətini rayon sakinləri təşkil edib. Demək olar ki, hər bir işçinin səhminin olduğu müəssisə 1999-cu il, fevralın 24-də Dövlət Əmlak Nazirliyinin sərəncamı ilə ASC-yə çevrilib. Arif Əliyev isə “Göyçay Avtonəqliyyat”x9d ASC İdarə Heyətinin sədri seçilib. Onların dediyinə görə, ASC yaradılandan sonra keçmiş avtonəqliyyat müəssisəsinin tərkibində olan avtomobillər Arif Əliyev tərəfindən müxtəlif yollarla mənimsənilib, qalan maşınlar isə yüksək icarə haqqı ilə illərdir müəssisədə çalışan işçilərə verilib. Dərd odur ki, bütün bunlara baxmayaraq rayonun kəndlərinə işləyən avtobuslar yox dərəcəsindədir. Kənd sakinləri rayon mərkəzinə gəlməyə avtobus tapa bilmirlər.
ASC yaradılmazdan əvvəl mövcud olan 400-dən artıq nəqliyyat vasitəsi artıq yoxa çıxıb və yararsız haldadır. Maşınların əksəriyyəti Arif Əliyev tərəfindən müəssisədə çalışan şəxslərə verilmədiyini, ucuz qiymətə başqa rayonlara satılıb.
ASC yaradılandan sonra Arif Əliyev müəssisədən şəxsi məqsədləri üçün istifadə edib. İndi isə müəssisə bazar kimi fəaliyyət göstərir. Onun gəlişindən sonra “Göyçay Avtonəqliyyat”x9d ASC bazara dönüb. Rayon sakinləri deyir ki, qeyri-qanuni fəaliyyət göstərən bu bazardan hər gün 2 min manata yaxın gəlir olur. Amma zibilxanaya oxşayan qanunsuz bazarın təmizlənməsinə belə bu puldan qara qəpik ayrılmır. Rayonun mərkəzi küçələrindən olan Nizami küçəsində yaranan özbaşınalıq, zibillik, antsnaitariya isə heç kimin vecinə eyil.
Rayon sakini Əli Abbasovun dediyinə görə, Arif Əliyevin əməlləri ilə bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına, Vergilər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa müraciət edilib.
Bu adam “Göyçay Avtonəqliyyat”x9d ASC-ni girov qoyaraq banklardan külli miqdarda kredit götürüb. Səhmdarlar isə Əliyevin əməllərindən qan ağlayır. Nə səhmdarların şikayətlərinə baxan var, nə də bu özbaşınalığı durduran.
Kredit isə guya rayonda avtonəqliyyatın vəziyyətinin yaxşılaşdırılması üçün alınıb. Amma Göyçayda avtonəqliyyat yoxdur. Bir dənə də olsun istismara yararlı nəqliyyat vasitəsi tapa bilməzsən. “Göyçay Avtonəqliyyat”x9d ASC-nin nəyə xidmət etdiyi məlum deyil. ASC olaraq 15 ildir Arif Əliyevin sədrliyi ilə fəaliyyət göstərir, ancaq hər hansı bir müasir texnika ilə təchiz olunmayıb. "Gələn gəlirlər hara gedir? Bunların hamısı ciddi şəkildə yoxlanılmalıdır”x9d, deyir rayon sakinləri.
Müəssisənin ərazisinə bazar olan girişdən daxil olduq. Həqiqətən də ASC-yə məxsus ərazinin böyük bir hissəsi bazar kimi fəaliyyət göstərir. Göyçay və digər ətraf rayonların kəndlərindən bazara məhsul gətirən kəndlilər səhər saatlarından etibarən burada alış-verişə başlayır.
“Göyçay Avtonəqliyyat”x9d ASC-nin bazar hissəsindən keçib maşınların saxlanıldığı əraziyə baş çəkirik. Buradakı mənzərə də bizə buranın nəqliyyat müəssisəsi olduğunu deməyə əsas vermir. Gördüklərimiz sovet dönəmindən qalmış və öz ömrünü çoxdan başa vurmuş “İkarus”x9d, “PAZ”x9d, “LAZ”x9d, “ZiL”x9d kimi köhnə-külə maşınlardır. Ərazidə 30-a yaxın belə nəqliyyat vasitəsi görmək mümkündür. Onlardan isə sadəcə olaraq bir neçəsi istifadə olunur. Onlar da sürücülərin böyük əməyi hesabına...
Digər rayonlardan gələn avtobuslar da ASC-nin ərazsində dayanır. Bu həm bazara gələnlərə sərf edir, həm də müəssisə rəhbərliyinə. Çünki müəssisənin ərazisinə gələn hər bir avtomobil girişdə 20-30 qəpik yerpulu ödəyir, gələnlər elə bazarlığını buradan edərək geri qayıdır. Batan, zibillənən isə çinarlar yurdudur.
Ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdirildiyi və bu sahəyə ona milyon manatlarla vəsaitin ayrıldığı bir zamanda Göyçayda vəziyyətin bu dərəcədə acınacaqlı olması çox təəccüblüdür. Hələ onu demirik ki, Göyçayda sərnişin daşınmasında istifadə edilən bu maşınların Bakıda istifadəsi qadağandır. Düzdür, bu mənzərə demək olar ki, bütün kənd rayonlarında var, ancaq gördüklərimizə əsasən deyə bilərik ki, Göyçayda bu dərd daha böyükdür.
Amma bütün bunlar Arif Əliyevin vecinə deyil. Təki bazar olsun!




