Çinin Weibo sosial platformasında motorola smartfonunun 1 metr məsafədən simsiz enerji yığa biləcəyi texnologiya paylaşılıb.
Bizim.Media xəbər verir ki, Qi texnologiyasına əsaslanan cihazlar 50 W-a qədər şarj gücü ilə həqiqətən sürətli bir şarj texnologiyası təklif edir. Sözügedən videoda mobil telefonu 1 metr məsafədən də doldura bilən yeni nəsil simsiz şarj cihazı göstərilir.
Paylaşılan videoda yeni nəsil texnologiya ilə eyni anda bir neçə cihazın şarj edilə biləcəyi göstərilir. (techland)
Bizim.Media