Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Fındığan kəndində 2 nəfərin tikilməkdə olan ikimərtəbəli fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.
Bizim.Media