“Minlərlə ailəni çörəksiz qoyan Rasim Məmmədovun cəzasını alacağını hamı bilirdi” – Qalmaqallı zavodun səhmdarı

“Rasim Məmmədov sifətini qaralayıb, zənci şəklində gizlənsə də, mən onu tapacağam və pulumu tələb edəcəyəm. Hesab etsin ki, 5 milyon manatımı onun bankına yüksək faizlə depozit qoymuşam.

Bu vəsait ailəmizdən və digər ehtiyaclarımızdan kəsilən halal qazancımızdır. İş yerləri açıb 250 mindən çox insanı işlə təmin etmişik.

Dövlətin vergisini vaxtı-vaxtında ödəmişik. Müasir standartlara uyğun məhsullar istehsal etmişik. Hansı ki, həmin istehsalı zorla dayandırırlar və heç bir dövlət orqanı buna qarşı sərt təpki göstərmir”. 

Bu sözləri Bizim.Media-ya iqtisadçı-ekspert, “Baku Steel Company”nin səmhdarı Nazim Bəydəmirli müəssisə rəhbəri Rasim Məmmədovun ötən gün həbsi ilə bağlı danışarkən deyib:
 

“Elə ağılla belə bir iş adamı olmaq qeyri-mümkündür. Vaxtilə hansısa şirkətə avtomobil xidməti göstərən biri 100 milyonlarla manat dəyəri olan bir zavodu necə alıb? Özünün müsahibəsində bu var. Sonra da deyir ki, 2 il ərzində “Baku Steel Company”-ya 200 milyon dollarlıq investisiya qoyub. Rasim Məmmədovun bu qədər məbləği əldə etməsi mümkünsüzdür. Onun həbsi ilə bağlı məlumatı mən də mətbuatdan eşitmişəm.


Çox qəribədir ki, yüzlərlə təbrik mesajı alıram. Təbii ki, insan olaraq heç kəsin həbsinə sevinmərəm.

Amma Rasim Məmmədov adi bir şəxs deyil. O, iki dəmir istehsalı sahəsində 2010-cu ildən gizli, 2012-ci ildən isə açıq monopoliya yaratmağa başlayıb. Minlərlə ailəni çörəksiz qoyan Rasim Məmmədovun bu gün cəzasını alacağını hamı bilirdi. Onun kimi “iş adamları” arxalanıb belə qanunsuzluqlar törədir. Təbii ki, onlar da cəzalarını alacaqlar”. 

2010-cu ildən bəri Rasim Məmmədov və tərəfdarları tərəfindən təzyiqlərə məruz qaldığını xatırladaq N.Bəydəmirli məhkəmə çəkişməsinin indi də davam etdiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov həbs olunub


“2003-cü ildən “Baku Steel Company”-nin səhmdarı və 50 faiz paya malik olmuşam. 2012-ci ildən Rasim Məmmədov və onun qoçuları tərəfindən hücumlara məruz qalmışam. Çox qəribə ifadələrlə “türk kimdir ki, Azərbaycanda zavod işlədir, getsin Türkiyədə işlətsin” deyərək, fəaliyyətimizə imkan vermirdi.

Rasim Məmmədovla məsələ ilə bağlı telefon əlaqəsi qurmalı oldum. Ona “Zavodun 50 faiz səhimçisiyəm, türkə niyə belə təpki göstərirsiz? Nə haqla siz zavodu bağlama yolunu tutmusuz? Məgər Vergilər Nazirliyisiz, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsisiz, yoxsa hansısa dövlət qurumusuz?” deyirdi”. 

N. Bəydəmirli qeyd edib ki, R. Məmmədov qoçularını dəfələrlə zavoda göndərərək müəssisənin fəaliyyətinə maneçilik yaratmaqdan çəkinməyib:

“Bu adam işləməyə imkan vermirdi. Monopoliya yaratmağın nə qədər doğru olmadığını izah etməyə çalışsam da, dediklərimə məhəl qoymurdu. Kobudcasına “siz işləməyəcəksiz, bu işi bağlamalısız” deyə hədələyirdi. “Bəs bizə dəyən bu qədər zərəri ödəyə biləcəksiz?” deyə soruşanda susdu. O vaxt çox səs-küylü bir dövr idi və 20-yə yaxın belə müəssisəyə hücumlar olmuşdu.


Mətbuatda bununla bağlı çoxsaylı etirazlarım oldu. Ondan sonra R. Məmmədov bizlə danışığa girmək üçün Hənifəyev adlı bir şəxsi göndərdi. Qoçu monopolistlə üz-üzə qalmışdıq. Bazar dəyərinin təqribən 50 faizini belə satmağa hazır idik. O, müəssisənin maya dəyərinin, investisiya qoyuluşunun təqribən 15 faizini ödəməyi təklif etdi.

Bu da 700 min manat pul edirdi. Baxmayaraq ki, müəssisənin təkcə nizamnamə kapitalı 1 milyon manat idi.

Həmçinin həmin dövrdə rekonstruksiya olunmuş avadanlıqlar quraşdırılmışdı. Sahibkarlara Yardım Fondundan 700 min manata yaxın kredit götürülmüşdü. Onun 60 faizi ödənilmişdi. Müəssisəmizin bazar dəyəri isə 5 milyon manat idi. Bir neçə ay Rasim Məmmədov müəyyən vədlərlə başımızın altına yastıq qoydu”.

İqtisadçı vurğulayıb ki, R. Məmmədovun təzyiqlərinə və hücumlarına qarşı illərdir bir çox instansiyalara üz tutsa da, məhkəmələr R.Məmmədovun göstərişləri əsasında qərar çıxarıb. 

“Şikayət etmədiyimiz instansiya qalmadı. O zamandan bizim bu müstəvidə məhkəmə mübahisəmiz davam edir. 

N. Bəydəmirli qeyd edib ki, 2018-ci ildə “Facebook” hesabındakı statusunda Rasim Məmmədovu monopolist adlandırdığı üçün məhkəməyə verilib və 200 min manat təzminat (100 min özünə, 100 min isə “Baku Steel Company-yə) iddiası qaldırılıb:
 

“Məhkəmə 10 min manat (5 min özünə, 5 min “Baku Steel Company-yə) qərarını qüvvədə saxladı. Müraciət etdiyimiz Apelyasiya və Ali məhkəmələr də 10 min manat qərar gücünü qüvvədə saxladılar. Bu yaxınlarda təzminat məsələsi yenidən gündəmə gəlmişdi. 10 gün əvvəl ölkə başçısına etdiyim müraciətdə baş verənləri, həmçinin Avropa Məhkəməsinə müraciət edəcəyimi qeyd etdim”.


Hazırda sözügedən məsələ ilə bağlı R. Məmmədov tərəfindən onlara vurulmuş 5 milyon manat ziyanı tələb etdiyini vurğulayan N.Bəydəmirli Avropa Məhkəməsinə artıq müraciət edib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

İran neft hasilatını azaltmağa başladı

İran neft hasilatını azaltmağa başladı

GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO