AMEA prezidenti Avropa Nüvə Tədqiqatları Mərkəzinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) “ALİCE”x9d Təcrübəsinin sədri, professor Paolo Ciubellinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Akademiyanın mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətində keçirilmiş görüşün əsas məqsədi Akademiya ilə CERN arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, həmçinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov iştirak ediblər.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə qonaqlara Akademiyanın strukturu və əsas fəaliyyət istiqamətləri, eləcə də AMEA ilə CERN arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Nüvə tədqiqatları sahəsində sözügedən təşkilatın təcrübəsinin Azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən Akademiya rəhbəri ikitərəfli əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə edib.

Professor Paolo Ciubellino isə öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Qonaq Avropa Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyəti və Azərbaycanla əlaqələri, eləcə də Mərkəzin “ALİCE”x9d Təcrübəsi haqqında ətraflı məlumat verib. Həmçinin bildirib ki,xa0 CERN-ə üzv dövlətlər öz ölkələrinin sənayesinin texniki və texnoloji inkişafı üçün çox dəyərli sifarişlər alırlar. İcra olunan yenilənmələr materialşünaslıq, texnika və texologiyalar sahələrində sıçrayışlı irəliləmələri gerçəkləşdirən yeni kəşflərin tətbiqini labüd edir və bu sifarişləri icra edən şirkətlər ən qabaqcıl texnika və texnologiyalara sahib olurlar. Bu sahədəki fəaliyyəti təhlil edərək icra olunan layihələrdə iştirak etmək üçün Azərbaycanın texniki və texnolji potensialına adekvat təkliflər hazırlamaqla sənayenin inkişafına çox dəyərli töhfə vermək mümkündür.

Professor Paolo Ciubellino AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik edəcəyi nümayəndə heyətini 2016-cı ilin aprelində Avropa Nüvə Tədqiqatları Mərkəzinə səfərə dəvət edib.

Tədbirdə AMEA nümayəndələri və digər qonaqlar da hər iki təşkilatın əməkdaşlıq perspektivlərixa0 haqqında öz fikirlərini bildirib, həmçinin AMEA və CERN arasında niyyət protokolunun hazırlanması üçün razılıq əldə edilib.

Sonda qonaqlara Azərbaycan elmini və mədəniyyətini özündə əks etdirən xatirə hədiyyələri təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

YAP-da TƏYİNATLAT: 6 rayona yeni sədr seçildi - FOTO

YAP-da TƏYİNATLAT: 6 rayona yeni sədr seçildi - FOTO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

End of content

No more pages to load

RADİO