XİN: "Ermənistan bu təhlükəli meyllərdən çəkinməlidir"

İsrailin Diaspora məsələləri Nazirliyi tərəfindən dünyada anti-semitizm ilə bağlı vəziyyətə dair illik hesabat hazırlanıb.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, 27 yanvar - Holokost qurbanlarının anım günü öncəsində dərc edilən bu hesabatda dünya ölkələrində 2020-ci ildə anti-semitizm vəziyyəti dəyərləndirilir.

 

MÖVZU İLƏ BAĞLI:

HOLOKOST - “Xəzər Xaqanlığının yəhudilərə sevgisini unutmamışıq” - Mixail Finkel

Rəsmi Bakıdan «Holokost» paylaşımı - FOTO


Hesabatda Ermənistanda anti-semitizmin ciddi şəkildə artması ilə bağlı məlumat verilir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də İsrail ilə Azərbaycan arasında siyasi və müdafiə sahəsində əməkdaşlığın Ermənistanda anti-semitizmin artmasına gətirdiyi vurğulanır.

Bu fonda, erməni xalqına qarşı tarixi və hazırkı cinayətlər ittihamları ilə etnik-dini zəmində yəhudilərə qarşı siyasi tənqidin konkret hücumlar ilə əvəzləndiyi qeyd olunur. İsrail dövlətinə qarşı tənqidin, hətta ifrat şəkildə antisemitizm bəyanatlarının səsləndiyi bildirilir.

Məlum olduğu kimi, Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrildiyi tərəfimizdən dəfələrlə, o cümlədən ən yüksək səviyyədə qaldırılmışdır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ildə MDB Dövlət başçıları Şurasının iclasında konkret sənədlərə və dəlillərə əsaslanan çıxışını xatırlatmaq istərdik.

Azərbaycan tərəfinin davamlı şəkildə qaldırdığı və ciddi narahatlıq doğuran bu meyllər artıq beynəlxalq hesabatlarda əks olunur və beləliklə də, Ermənistanda anti-semitizmin artımı ilə bağlı həyəcan təbili çalınır.

Etnik və dini zəmində nifrət siyasətinin heç bir gələcəyi yoxdur və bu fikirlər onu təşviq edən dövlətin və xalqın fəlakətinə çevrilə bilər. Ermənistan bu təhlükəli meyllərdən çəkinməli və xalqlararası sülh, əməkdaşlıq və rifahın yaradılması naminə səylər göstərməlidir. Sözsüz ki, bunun həm Ermənistana, həm bölgəyə, həm də beynəlxalq ictimaiyyətə faydası olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Əməkdar artistin səhhətində problem yarandı

Əməkdar artistin səhhətində problem yarandı

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO

Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO

Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri - Qəpik-quruşla səyahət

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri - Qəpik-quruşla səyahət

Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü

Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü

KVN ulduzu faciəvi şəkildə həlak oldu

KVN ulduzu faciəvi şəkildə həlak oldu

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Süni intellekt “Oskar”sız qalacaq...

Süni intellekt “Oskar”sız qalacaq...

Culfada kanaldan qadın meyiti tapıldı

Culfada kanaldan qadın meyiti tapıldı

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

End of content

No more pages to load

RADİO