"Məhkəmə hakiminin Nikoyl Banka borcu var"

Moderator.az maraqlı məqamlar olduğunu nəzərə alaraq hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənovun Facebook statusunu təqdim edir:

"Bu gün Nikoyl Bankın mənə qarşı iddiası üzrə Yasamal rayon məhkəməsində hazırlıq iclası oldu. Hakim Zəfər Quliyev məhkəmə tərkibinə etirazın olub-olmaması barədə sual verən kimi mən söz istədim.

Nikoylun nümayəndəsinə bildirdim ki, hakim mənim uzaq qohumumdur: onun həyat yoldaşı mənim qaynımın həyat yoldaşının dayısı qızıdır. Ondan soruşdum: bununla bağlı hakimə etirazı varmı? Nikoylun nümayəndəsi cavab verdi ki, xeyr, yoxdur.

Dedim ki, Nikoylun hakimə etiraz etməməsi mənim hakimə etiraz etməyim üçün əsasımı daha da ciddiləşdirir. Belə ki, məlum olduğu kimi, iddia predmeti olan Facebookdakı yazımı 15-dən çox KİV dərc etmişdi. Amma iddiada mənimlə bərabər cavabdeh qismində yalnız Aznews.az portalı göstərilib. Məhz onun ünvanı üzrə də iddia Yasamal məhkəməsinə verilib. Mənim ünvanım üzrə verilsəydi, işə Xətai məhkəməsi baxmalı olacaqdı. Nikoyl niyə belə edib?

/file/articles/2015/10/12/370744.jpg
   
Məlum olduğu kimi, hələ avqust ayında Nikoyl mənə məktub yazaraq təkzib verməyimi xahiş etmişdi. Həmin məktubu bankın İdarə Heyəti sədrinin hüquqi məsələlər üzrə müşaviri Ayxan Rüstəmzadə imzalamışdı. Yəni məsələ ilə əlaqədar bankın məsul şəxsi məhz odur. Həmin Rüstəmzadə hakim Zəfər Quliyevin yaxın dostudur. 2012-ci ilədək Rüstəmzadə məhkəmə sistemində çalışıb. 2012-ci ildən isə Nikoyla keçib.
   
Məhz 2012-ci ildə də (Rüstəmzadənin köməyi ilə?) hakim Zəfər Quliyev Nikoyldan 25 il müddətinə 50000 manat məbləğində ipoteka krediti götürərək Bakı şəhəri, Gəncə prospekti, ev 73-də 47 nömrəli mənzili almışdır. Başqa sözlə, hakim borclu olduğu Nikoyldan asılı vəziyyətdədir. Ən azı ona görə ki, Nikoylun kredit üzrə ona edilmiş və (və ya) ediləcək güzəştlərində (məsələn, faiz dərəcəsi və s.) maraqlıdır. Hakimin maaşı yüksək deyil, himayəsində isə həyat yoldaşı və iki uşağı var, üstəgəl valideynlərinə də kömək edir. Beləliklə, hakimi Nikoylla şəxsi dostluq və kredit öhdəliyi bağlayır. Məhz buna görə də iş ona gəlib düşüb və Nikoylu heç mənim hakimlə qohumluq əlaqəm də narahat etmir.
   
Mülki Prosessual Məcəllənin 19-cü maddəsinə görə hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, ona etiraz edilə bilər. Bu halda hakim ümumiyyətlə özü-özünə etiraz etməyə borcludur. Lakin hakim bunu etməyib. Buna görə də mən hakimə etiraz edirəm!
 
Çıxışımdan sonra hakim özünü o qədər itirmişdi ki, heç məndən dediyimə dair sübut da istəmədi, halbuki, qanuna görə istəməli idi. Başını qaldırmadan həm Nikoyl qarşısında kreditinin olduğunu, həm də Rüstəmzadə ilə dost olduğunu etiraf etdi. Lakin dedi ki, bunların heç biri o demək deyil ki, o, obyektiv deyil və qərəzlidir. Dedi ki, AGBanka da krediti var, habelə digər banklarda da dostu var. Onu da dedi ki, 2-3 aya krediti bağlayacaq ümumiyyətlə (görəsən, hakim maaşı ilə 22 illik borcu 2-3 aya necə ödəyəcək?).
   
Sonra Nikoylun nümayəndəsi yerində oturaraq söz aldı ki, “Möhətərəm hakim qərəzli deyil...”x9d Mən sözünü kəsdim ki, hakimə “möhtərəm”x9d deyirsənsə, ayağa qalx danış (deyəsən, Nikoylun nümayəndələri bu hakimlə belə danışmağa adət edib!). Bundan sonra hakim də tələb etdi ki, nümayəndə ayağa qalxsın. Nümayəndə ayağa qalxaraq dedi ki, bankdan kredit almaq istənilən şəxsin hüququdur və bu o demək deyil ki, kredit alan hakim işə baxa bilməz.

    Mən sonda yenə söz alaraq hər ikisinə cavab verdim. Əvvəla, dedim ki, birinin digərinə borcu varsa, ondan necə obyektivlik gözləmək olar?! Bu faktın özü qanunla nəzərdə tutulan hala aid deyilsə, onda daha nə aiddir?! 40-dan çox bank var. Hakim hamısından kredit almır ki. Kredit aldığı bankların işinə baxmasın. Həm də ki ipoteka krediti almaq elə də asan iş deyil, amma bu hakim ala bilib. Baxılan işə gəldikdə isə burada faktlar kompleksidir ümumiyyətlə. Nikoylun iş üzrə məsul şəxsi hakimin yaxın dostudur, banka krediti var, üstəlik Xətai məhkəməsinin baxmalı olduğu iş məqsədli şəkildə Yasamala və məhz bu hakimə düşüb. Bundan da ciddi əsas nə ola bilər?! Xətai məhkəməsi evimin yanında ola-ola məni Əhmədlidən Badamdara gətizdiriblər. Yaxşı ki, Facebooku məhkəməyə verməyiblər ”“ xaricə getməli olardım onda.
   
Hakim bildirdi ki, iclas etirazıma baxılması üçün təxirə salınır. Etiraza Yasamal məhkəməsinin sədri baxacaq. Özünü tamamilə itirmiş hakim növbəti iclası “27 sentyabr”x9d tarixinə təyin etdi. Mən dedim ki, “Sentyabr qurtarıb axı!”x9d Hakim səhvini düzəltdi ki, “27 oktyabr”x9d.
   

Görəsən, adi etirazın baxılmasına 15 gün niyə lazımdır? Bunu da bilirəm! Hamı da bilsin. Səbəb odur ki, 26 oktyabr tarixində hakimin 5 illik səlahiyyət müddəti bitir. Başqa sözlə, həmin tarixədək yenidən təyin olunmalıdır. Buna görə də onadək qalmaqalın olmağını, adının hallanmasını istəmir ki, birdən nəticədə təyin olunmasına mane olar.

Amma artıq nəyi isə gizlətmək mümkün deyil. Nikoyl mənimlə olan prosesinə bitərəf hakimin baxmasından qorxur. Çünki haqsızdır! Buna görə ilkin olaraq, futbol dili ilə desək, rəqibin 12-ci oyunçusunu meydandan çıxarmaqla məşğul olacağam. Söz vermişdim ki, bu prosesdə Nikoylun rəhbərliyinə əyani pulsuz dərslər verəcəyəm. Bu, onlara ilk dərsim oldu! Ardı da olacaq!
   
Onu da deyim ki, digər cavabdeh Aznews.az portalı iclasda yox idi. İclasda vəkil dostlarım Vusal Orucov, Polad Cabbarlı, Emil Vəliyev, Ramil Qocayev və Nurlan Kərimli iştirak edirdilər. Hakim iclasın əvvəlində onları görəndə hətta soruşdu ki, niyə gəliblər. Cavab verdilər ki, Əkrəm müəllimə görə. Sağ olsunlar! Mənə mənəvi dəstək oldular!
   
İclasda bir nəfər də iştirak edirdi ”“ Bank VTB-nin hüquqşünası. Xatırladıram ki, məlum yazımda VTB-nin də adını çəkmişdim. Buna görə də bu bankın iclası müşahidə etməsi gözlənilən idi. Yəqin, indi şükür edəcəklər ki, onlar da məni məhkəməyə verməyiblər. Qoy Nikoylun aqibəti digər banklara da dərs olsun!
   
P.S. Hakimə təqdim etdiyim etirazın surətini burada yerləşdirirəm.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa özünü "lox" adlandırdı: Ukraynaya verilən 90 milyarda görə...

Polşa özünü "lox" adlandırdı: Ukraynaya verilən 90 milyarda görə...

Lukaşenkodan qubernatorlara SƏRT xəbərdarlıq : "Bir ayağınız həbsdədir" - VİDEO

Lukaşenkodan qubernatorlara SƏRT xəbərdarlıq : "Bir ayağınız həbsdədir" - VİDEO

Rusiyada müəllimin azərbaycanlı haqda sözləri QALMAQAL yaratdı

Rusiyada müəllimin azərbaycanlı haqda sözləri QALMAQAL yaratdı

"Mənə belə sual verməyin, anam baxır" - VİDEO

"Mənə belə sual verməyin, anam baxır" - VİDEO

Qadın güləşçilərimiz Avropa çempionatını 2 medalla başa vurdular

Qadın güləşçilərimiz Avropa çempionatını 2 medalla başa vurdular

21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEO

21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEO

TÜRKPA Türkiyə bayrağının yandırılmasını QINADI

TÜRKPA Türkiyə bayrağının yandırılmasını QINADI

ABŞ edam üsullarında QAYDANI DƏYİŞDİ: Artıq güllələnmə də olacaq

ABŞ edam üsullarında QAYDANI DƏYİŞDİ: Artıq güllələnmə də olacaq

Noyer “Bavariya”da qalacaq

Noyer “Bavariya”da qalacaq

Pentaqondan İrana XƏBƏRDARLIQ: Bu, atəşkəsin pozulmasıdır...

Pentaqondan İrana XƏBƏRDARLIQ: Bu, atəşkəsin pozulmasıdır...

Tramp “erməni soyqırımı” ifadəsini İŞLƏTMƏDİ

Tramp “erməni soyqırımı” ifadəsini İŞLƏTMƏDİ

Abbas Əraqçi: "Qonşularımız bizim üçün prioritetdir" - FOTO

Abbas Əraqçi: "Qonşularımız bizim üçün prioritetdir" - FOTO

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Hikmət Hacıyev çinli nazirlə görüşdü - FOTO

Hikmət Hacıyev çinli nazirlə görüşdü - FOTO

Tramp İranla danışıqlar üçün Pakistana KİMİ GÖNDƏRİR?

Tramp İranla danışıqlar üçün Pakistana KİMİ GÖNDƏRİR?

İran ABŞ-ın "sümüklərini qırmaqla" HƏDƏLƏDİ

İran ABŞ-ın "sümüklərini qırmaqla" HƏDƏLƏDİ

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

End of content

No more pages to load

RADİO