Yerli pomidorlarda bu virus aşkarlanmadı

Azərbaycandan Qazaxıstana ixrac olunan pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

"Məlum olduğu kimi, ölkəmizdən Qazaxıstana ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlanması iddiası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 08-15 yanvar 2021-ci il tarixlərində ümumilikdə 17 bildiriş daxil olub və 16 yanvar 2021-ci il tarixindən etibarən respublikamızdan bu ölkəyə pomidor məhsullarının ixracına müvəqqəti məhdudiyyət tətbiq edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstan Azərbaycandan pomidor idxalını qadağan etdi - Rosselxoznadzor 


Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycandan Qazaxıstana 1363,46 ton pomidor ixrac olunub. 2020-ci il ərzində və cari ilin əvvəlində Qazaxıstanla yanaşı, ölkəmizdən Niderland, Polşa, Estoniya, Moldova, Qətər, Rusiya, BƏƏ, Belarus, Gürcüstan kimi dünyanın bir çox ölkələrinə pomidor məhsulu ixrac olunub, lakin qeyd edilən virusun aşkar olunması ilə bağlı idxalçı ölkələr tərəfindən heç bir fakt qeydə alınmayıb.

Daxil olan məlumatların araşdırılması məqsədilə ixrac olunan pomidor məhsullarında qonur qırışıqlıq virusunun aşkarlandığı iddia olunan təsərrüfatlardan, geri qayıdan yük partiyalarından, həmçinin daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından nümunələr götürülərək qonur qırışıqlıq virusu və digər viruslar üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasında və Türkiyə Cumhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Zirayi Mücadilə Mərkəzi Araşdırma İnstitutunun beynəlxalq akkreditasiyalı laboratoriyasında müayinə olunub.

Bildirilir ki, bugünədək aparılan müayinələr zamanı müxtəlif təsərrüfatlardan, geri qayıdan yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmayıb.

Hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər tərəfindən pomidor məhsulunda iddia olunan qonur qırışıqlıq virusunun tədqiqi işləri davam etdirilir, aparılan tədqiqat işləri ilə bağlı mütəmadi olaraq məlumat veriləcəkdir.

Bütün bunlarla yanaşı, əldə olunmuş razılığa əsasən aparılan araşdırmaların nəticələri və qeyd olunan virusun aşkar olunmadığını sübut edən müayinələrin nəticələri ilə bağlı sənədlər toplusu Qazaxıstannın səlahiyyətli orqanına göndərilib.

Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstanın müvafiq qurumu ilə bu istiqamətdə danışıqlar davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir,- deyə Agentlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Əməkdar artistin səhhətində problem yarandı

Əməkdar artistin səhhətində problem yarandı

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO

Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO

Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri - Qəpik-quruşla səyahət

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri - Qəpik-quruşla səyahət

Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü

Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü

KVN ulduzu faciəvi şəkildə həlak oldu

KVN ulduzu faciəvi şəkildə həlak oldu

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Süni intellekt “Oskar”sız qalacaq...

Süni intellekt “Oskar”sız qalacaq...

Culfada kanaldan qadın meyiti tapıldı

Culfada kanaldan qadın meyiti tapıldı

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

End of content

No more pages to load

RADİO