Yoldaşı Gəncə üsyanına başçılıq edən, təyyarə qəzasında ölən general qızı...

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.


1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət və hökumət rəhbərlərinin ən çox mühacirət etdiyi ölkə Türkiyə olur. Təxminən, yarım əsrə yaxın siyasi mübarizə aparmış soydaşlarımızın, aktiv siyasətçilərin olduğu otuzdan çox tarixi şəxsiyyətin son mənzili Fəriköy məzarlığındadır. İstanbulun bu məkanına məzarlıq yox, əksinə, muzey demək daha doğru olar. Türkiyədə bizim üçün ən kutsal yer, məhz, Fəriköy məzarlığıdır.

xa0

Hüseynqulu xan Xoyski

xa0

Çar ordusunun general-mayoru Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoyxa0şəhərindən idi. Atası İskəndər xan rus ordusunun general-leytenantı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı.

xa0

xa0

Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylininxa0müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni, məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylinixa0xa0götürüb İranaxa0keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyəxa0xa0getmişdi.

xa0

xa0

Hüseynqulu Xan İsrafil bəylə İstanbula gələr-gəlməz buradan Polşaya gedirlər. Polşa dövləti İsrafil bəyə polkovnik rütbəsi verərək orduda işə götürür. Hüseynqulu xana isə yaşlı olduğuna görə, fəxri rütbəsi qalmaqla passiv iş verirlər.

xa0

xa0

Hüseynqulu xan, Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə doğulmuşdu. O, Nyu-Yorkda yaşayırdı. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu.

xa0

Generalın qızı Valiyə xanım Azərbaycan Demokratik Respublikasındaxa0ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyliylə ailə qurmuşdu. O, Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyski və altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyanınaxa0başçılıq etmişdi.

xa0

xa0

Ailəsi ilə birgə İtaliyada yaşayanxa0Valiyə xanım 1947-ci ildə təyyarə qəzasında həlak olur. O, II Dünya Müharibəsi başa çatdıqdan sonraxa0yaxınlarını ziyarət üçün İstanbula gəlir, İtaliyaya qayıdan zamanxa0təyyarə Yunanıstanda dağa çırpılır, qəzada xeyli sayda insan həlak olur.

xa0

Valiyə Xanhoylu Fəriköy məzarlığında ailə üzvlərinin yanında dəfn olunub.(Kulis.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi

Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürdü, digəri...

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

Macarıstan dövlət mediasında "tarixi etiraf": Yalan dövrü bitdi

Macarıstan dövlət mediasında "tarixi etiraf": Yalan dövrü bitdi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Bakıda ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvadın meyiti tapıldı

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

End of content

No more pages to load

RADİO