Şeyx Yusif Müşküri haqqında bilmədiklərimiz...

Şeyx Yusif Müşküri haqqında bilmədiklərimiz...
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycanda ən çox ziyarət edilən övliyalardan biri də Şeyx Yusif əfəndidir. Onun şərif məzarı Xaçmaz rayonunun Şıxlar kəndindəki günbəzdədir.
Haşimilər nəslindən olan və soykökü Həzrət Əli və Həzrət Fatimə vasitəsi ilə Peyğəmbər əfəndimizə bağlanan Şeyx Yusifin şəcərəsi bu gün Xaçmaz rayonunun Seyidlər kəndindəki törəmələrinin evində saxlanmaqdadır. Tam adı Yusif ibn Əli əl-Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat, ləqəbi Ziyaəddindir.

Abbasqulu ağa Bakıxanov Mövlana Şeyx Molla Yusif haqqında “Gülüstani-İrəm”x9d əsərində belə məlumat verir:
xa0
“Onun ulu babaları Qubanın Müskür nahiyəsinə Qarabağdan gəlmişlər. Şeyx cənabları hicri səkkizinci əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya Bakuvidən (XIV-XV əsrlər) irşad xirqəsi almış və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır. Şeyxin məzarı və onların yurdu olan kənd Şıxlar adı ilə adlanmışdır. Onun əsərlərindən ancaq “Bəyanül-əsrar”x9d adlı ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddimə və 24 fəsildən ibarət olan bu kitab əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri və füqəranın adət və ədəbinə aid olan geniş mövzuları müxtəsər bir surətdə izah edir. Hicri səkkizinci əsrin axırlarında vəfat etmişdir”x9d.

Tədqiqatçı Mehmet Rıhtımın araşdırmalarına görə Şeyx Yusifin vəfat tarixi 1485 miladi ilidir. Onun atası Şirvanın qazil-quzatı və dövrünün nüfuzlu alimlərindən olub. İlk təhsilini atasından alaraq, doqquz yaşında Quranı oxumağı tam öyrənib başa çatıb; həddi-buluğa yetəndə dərs deməyə başlayıb.
xa0
Sonralar Həccə gedərək Misir, Qüds, İsgəndəriyyə, Bağdad və Şamda olub; buradakı böyük alimlərdən dərs alaraq, elmi biliklərini təkmilləşdirib. Daha sonra Şamaxıya gələrək elm tədrisi ilə məşğul olub.xa0

Seyid Yəhya Bakuvidən dərs almağı Yusifə Həzrət Peyğəmbərimiz yuxusunda tövsiyə etmişdir. Yusif Əfəndi dərhal Bakıya gələrək, Seyid Yəhyaya yetişdi və ona mürid oldu. Yeri gəlmişkən, qeyd edim ki, sufilikdə uca məqam (dərəcə) qazanmaq üçün mürid mütləq ildə bir dəfə xəlvətə girməlidir. Yəni, qırx gün qaranlıq otaqda tək-tənha qalaraq, ancaq su və xurma ilə qidalanır və “Quran”x9d oxuyur. Bu müddətdə mürid ancaq tualet ehtiyacını ödəmək üçün bir neçə dəqiqəliyə otaqdan çıxır və onda da heç kəslə danışmır. Şeyxinin əmri ilə Yusif əfəndi də xəlvətə girərək, çətin riyazətlər ilə böyük mərtəbələr keçdi və xəlifəlik məqamına çatdı.

Seyid Yəhya onu irşad üçün Şamaxıya göndərdi. Burada onun ətrafına yüzlərlə mürid toplandı.
Nəzminin yazdığına görə Seyid Yəhya Bakuvi ölümündən əvvəl xəlifələri və müridləri toplayaraq: “Məndən sonra səccadə və Allahın əmanəti Məxdumundur”x9d- dedi (Bakuvi əzizləmə mənasında Yusifə “Məxdum”x9d təxəllüsü vermişdi).
xa0Lakin Seyid Yəhya dünyasını dəyişəndə onun ortancıl oğlu Fətullah atasının səccadəsində oturdu. Yusif Məxdum da ona güzəşdə gedərək, müridləri sakitləşdirdi.
xa0
Daha sonra Şeyx Yusif Şamaxıya gələrək, burada irşad etdi. Bir müddətdən sonra isə, Qubanın Müskür nahiyəsində fəaliyyətini davam etdirdi.xa0
Qəbri-şərifi Xaçmazın Şıxlar kəndindəki günbəzdədir. Həmin günbəzdə Şeyxin oğlu Məhəmməd Əminin və digər şeyxlərin də qəbirləri vardır.xa0
AMEA-nın Arxeologiya İnsitutunun professoru Məşədixanım Nemətova Məhəmməd Əminin qəbrinin üstündəki ərəbcə yazını bu cür tərcümə edir:

“Bu qəbir Mövlana Şeyx Yusifin oğlu, mərhum Məhəmməd Əminindir. Səkkiz yüz altmışıncı il”x9dxa0
(1455-1456 miladi ili).xa0

M.Nemətovanın tədqiqatlarından o da məlum olur ki, Şeyx Yusifin digər övladları və nəvələri də onun yolunu davam etdirərək, şeyxlik titulu qazanıblar. Bunu günbəzdən çöldəki qəbrlərin üstündəki yazıların tərcüməsindən görmək olur:

“O əbədidir, əzəmətlidir. Bu, Şeyx Yusif Müskürünün övladı, mərhum, bağışlanmış Şeyx Əşrəfindir”x9d.

“Bu qəbrin sahibi Şeyx Əşrəfin oğlu rəhmətlik, günahları bağışlanmış İsgəndərindir. Allah ona rəhmət eləsin”x9d.

“Bu qəbr Şeyx Mövlana Yusifin övladlarından Şeyx Əşrəfin oğlu Şeyx Tahirindir. Allah ona rəhmət eləsin. Səfər ayı”x9d.


Şeyx Yusif əfəndinin mənalı həyat yolu və fəaliyyəti bütün dövrlərdə tədqiqatçılar üçün maraq kəsb edib. Bizim də bu mövzuda araşdırma aparmağımız Şeyx Yusif (Yusif Məxdum) dühasına olan maraq və ehtiramdan irəli gəldi. xa0

Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı
Xaçmaz-Bakı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

"Bəzi xanımlar məni qısqanırlar"

"Bəzi xanımlar məni qısqanırlar"

"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı

"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı

Dünyaca məşhur aktyor Kiyevə gəldi, metroda gecələdi - FOTO/VİDEO

Dünyaca məşhur aktyor Kiyevə gəldi, metroda gecələdi - FOTO/VİDEO

Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Türkiyədə Cümhuriyyət Bayramı belə qeyd edildi - VİDEO

Türkiyədə Cümhuriyyət Bayramı belə qeyd edildi - VİDEO

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - FOTO

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - FOTO

Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ

Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ

Berlində nümayişlər DAVAM EDİR: Universitetlərin girişi bağlanır

Berlində nümayişlər DAVAM EDİR: Universitetlərin girişi bağlanır

Xalq artisti Zaur Rzayev VƏFAT ETDİ

Xalq artisti Zaur Rzayev VƏFAT ETDİ

Ceyranbatan məktəbində qida zəhərlənməsi təsdiqlənmədi - RƏSMİ

Ceyranbatan məktəbində qida zəhərlənməsi təsdiqlənmədi - RƏSMİ

Kanadaya Aİ-də xüsusi status verilə bilər

Kanadaya Aİ-də xüsusi status verilə bilər

1/8 finalın bütün cütləri - Azərbaycan kuboku

1/8 finalın bütün cütləri - Azərbaycan kuboku

End of content

No more pages to load

RADİO