Aparıcı Nanə Ağamalıyevanın yeni verilişi “Nanəli”x9dnin ilk efir günü qalmaqallı anlarla yadda qalıb.
Moderator.az-ın məlumatına görə, proqramda “Maral, maral”x9d mahnısının tənqid olunması Nadir Qafarzadəni özündən çıxarıb:
“Mən o mahnı ilə pul qazanıram, evimə çörək pulu aparıram. Əcəb edib oxuyuram, onunla uşaq böyüdürəm. Əsər oxuyub acından ölüm?”x9d
Xalq artisti Flora Kərimova Nadirin sözlərinə münasibət bildirib:
“Sənət adamına “əcəb edirəm”x9d sözü yaraşmır. İnsan səsinə, sənətinə, mədəniyyətinə görə qəbul olunmalıdır. Bunlar çox çətindir. Siz içəri girib, sizə çörək verən mənə salam vermədiniz. Bu səhnə, münasibət mədəniyyətidir”x9d.
Xalq artistinin sözlərindən sonra Qafarzadə “Dedim ki, verilişə gəlməyim. Daşım ağırdır”x9d deyib verilişi tərk edib.
Qeyd edək ki, “Nanəli”x9d verilişində sənət adamları yarışır. Verilişin sonunda səsvermə nəticəsində bir müğənni proqramı tərk edir.