"Şəhərdəkilər sanki, Bağdadda kor xəlifə, burda mən”¦"
Moderator.az “A24.az”x9d-a istinadən xəbər verir ki, ANS kanalında yayımlanan “İncə maraqlar”x9d verilişində aparıcı Elnarə Təhməzova yenə qıcıq yaradan sözləri ilə diqqət çəkib.
Belə ki, ilk dəfə Naxçıvana gedən aparıcı şəhərin təmizliyindən və insanlarından razı qaldığını bildirib. İnsanlarının mehribanlığını xüsusi vurğulayan Elnarə Təhməzova “naxçıvanlılara xüsusi deyirəm, çox mehribandırlar, mənim qarşıma çıxanları deyirəm. Yəni şəhərdəki naxçıvanlılardan çox fərqlənirdi ordakı naxçıvanlılar. Şəhərdəkilər sanki, Bağdadda kor xəlifə, burda mən”¦”x9d deyərək fikirlərini səsləndirib.
Qeyd edək ki, Elnarə Təhməzovanın ötən sezonda dindar xanımların geyimi ilə bağlı səsləndirdiyi fikirləri tənqidlə qarşılanmışdı. Hətta buna görə aparıcı efirdən uzaqlaşdırılmış və kanalın Yaradıcılıq Şurası onun müəllifi olduğu “İncə Maraqlar”x9d və “İncə+”x9d verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.
Verilişdən olan videogörüntünü sizə təqdim edirik: