Müğənni Roza Zərgərli “Sən tək deyilsən”x9d verilişinə müraciət edib.
Axşam.az-ın məlumatına görə, aparıcı Xoşqədəm Hidayətqızı “Roza Zərgərli oğlunun atasını axtarmaq üçün bizə müraciət edib”x9d deyə, açıqlama verib.
R.Zərgərli məsələ ilə bağlı bunları deyib:
“Əslində doğma oğlum deyil. Ailəmizə yaxın olan bir insandır. O uşağı doğma oğullarımdan ayırmıram. Ona görə də “oğlum”x9d deyirəm. Onun atasını tapmaq istəyirəm. Əgər tapılsa, o oğlanın kimliyini və mənim həyatımda hansı rolu oynadığını açıqlayacam. O insan 21 ildir yoxdur”x9d.