Azərbaycanda da yaxşı tanınan məşhur türk müğənnisi iş xanımı olmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, Hande Yener öz çimərliyini açmaq niyyətindədir.
H.Yener istirahət üçün ən yaxşı yerlərdən biri hesab edilən Bodruma bu dəfə iş xanımı kimi üz tutub. Yay aylarında konsertlər vermək üçün getdiyi Bodrumda almağı düşündüyü bir çimərliyə baxış keçirib.
H.Yener açılış hazırlıqları ilə tanış olub.
Müğənni açmağa çalışdığı çimərliyə ad da tapıb. Belə ki, sənətçi yeni məkanını son mahnısının adına uyğun olaraq "Sebastiyan" adlandıracaq.
Yener çimərliyin ilk istifadəçisi olub. O ağ qumların üzəridə gəzib və təsadüfən qarşılaşdığı it ilə fotolar çəkdirərək sosial şəbəkələrə yükləyib. İtə biganə qala bilməyən müğənni onu "Sebastiyan" çimərliyinin maskotu elan edib.




