"Gündəlik" verilişinin aparıcısı maraqlı açıqlama verib.
Teleaparıcı Mətanət Əliverdiyeva həmkarlarından danışıb.
"Əvvəl bir dövlət televiziyası var idi. Aparıcıların işi çox olduğundan evə gecələr gedib çatırdılar. Mən gecə üçdə evə getsəm, kişim məni eyvandan çölə atar. İndi isə telekanallarımız çoxalıb. Aparıcılar bir-birinə söz atırlar. Bir telekanalın aparıcısı qonşu kanalın aparıcısına ilişir. Bunu heç xoşlamıram. Aparıcılarımızın mənfi xüsusiyyəti isə bir-birlərini yamsılamaqlarıdır. İnsanın içi gərək qurdlu olmasın. Qurdlu aparıcıya qurd dərmanı belə kömək edə bilmir. Gərək hər kəsin qəlbi təmiz olsun".(gecce.az)