Məşhur müğənni və bəstəkar EMİN Ağalarov "Na çistatu" ("Sözün düzü") adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.
Moderator.az ans-ə istinadən xəbər verir ki, Xəzər dənizinin sahilində klipi lenta alınan bəstənin sözləri rusiyalı məşhurlar İqor Nikolayeva, musiqisi isə İqor Krutoya aiddir. Video görüntüdə baş rolda Emin ilə bərabər rusiyalı müğənni, “A-studio” qrupunun üzvü Keti Topuriya çəkilib. Yeni işini sosial şəbəkədə paylaşan E. Ağalarov klipin iki hissədən ibarət olduğunu bildirib.
Sözügedən videonun birinci hissəsini sizə təqdim edirik.


