"Tezdən oyan" verilişinin aparıcısı Sima başına gələn olaydan danışıb. Big.az xəbər verir ki, aparıcı efirdə haqqında çıxan yalan xəbərin onu intihara necə sürükləməsini izah edib: "Haqqımda çıxan yalnış informasiya hətta məni intihar dərəcəsinə çatdırmışdı. Ona görə həmin jurnalisti məhkəməyə verdim və o mənə, 200 min manat cərimə ödəməli idi. Amma mən bağışladım. Xəbər təkcə mənim yox, övladımın da həyatına toxunurdu. Mən o xəbərə görə çox əziyyət çəkdim, depressiyaya düşdüm".