"ATV maqazin"nin eks aparıcısı Nərgiz Vahabqızının başına iş gəlib. BiG.AZ xəbər verir ki, ifaçının adına sosial şəbəkədə saxta profil açılıb. İnstagramda açılan profillə aparıcının yaxınlarına, dostlarına yazılar yazılır. N. Vahabqızı big.az-a açıqlamasında bildirib ki, həmin şəxsin kimliyyindən xəbərsizdir və o profil ona məxsus deyil : " Həmin profilin yiyəsindən xəbərsizəm. Yəqin ki, adımdan istifadə edib, "follow" yığıb, sonra hansısa maqazin saytına həmin səhifəni satacaqlar. Mənim adımdan o səhifəni açıb, işlətmək nə dərəcədə düzgündür?! Qeyd edərdi ki, adi tamaşaçıdır ya ki, məni çox istəyən bir insandır, mən də heç nə deməzdim. Amma sırf mən olaraq özünü təqdim etmək, dostlarımla yazışmaq, digər insanları işarəliyib "canım, gözüm" yazmağı heç xoşuma gəlmədi. Allah bilə mənim adımdan "direct"ə yazı yazanlarla da yazışır...".
Həmin saxta profili təqdim edirik:
