Mərhum müğənni Vidadi Bərdəlinin qızı , gənc müğənni Aytac Vidadiqızı ərə gedir. Bu haqda “Qafqazinfo”x9dya ifaçının özü məlumat verib:
“Ailə həyatı qurmağa hazırlaşıram, toy dekabrda olacaq. Bəy Türkiyə vətəndaşıdır, memardır. Toy həm Bakıda, həm də Türkiyədə olacaq. İstanbulda yaşayacam, arada isə ölkəmizə gələcəm. İstəyirəm ki, tamaşaçılarım mənim üçün darıxsın”x9d.
Qeyd edək ki, son olaraq ifaçı ərəb şeyxinə sarayında özəl konsert verəcəyi barədə yayılan xəbərlərlə gündəmə gəlmişdi.