“Cənub Qaz Dəhlizi əməkdaşlıq, sülh dəhlizi olacaq'” – Elşad Nəsirov - VİDEO

“Ermənistan Azərbaycan arasındakı problemin Cənub Qaz Dəhlizi layihəsinə heç bir mənfi təsiri olmayacaq. İndi iki ölkə arasındakı münasibətlər tam fərqli müstəvidə və daha stabildir”. 

Bu fikirləri mərkəzi ofisi Vaşinqtonda yerləşən “Caspian Policy Center”in təşkil etdiyi onlayn konfransda Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

O bildirib ki, Azərbaycan bundan əvvəl də öz ərazisindən keçən beynəlxalq enerji marşurutlarının qarantı kimi çıxış edib və bu vəzifəsinin öhdəsindən uğurla gəlib:

“Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və digər kəmər və yollar, qatar xətləri Ermənistanla Azərbaycan sərhəddinə yaxın ərazidədir. Azərbaycan illərdir bunların təhlükəsizliyini təmin edir, bundan sonra da edəcək”.

Elşad Nəsirov çıxışında onu da qeyd edib ki, istisnasız ən yaxşı mühafizə sülhdür.

O, Azərbaycanla sülhün Ermənistana xeyir verəcəyinə, erməni xalqının bu sülhdən faydalanacağına və beynəlxalq layihələrdə iştirak etmək imkanını qazanacağına ümid etdiyini bildirib. 

Elşad Nəsirov onu da vurğulayıb ki, 2020-ci il Azərbaycan xalqının tarixinə qələbə ili kimi yazıldı. İlin tam sonunda Cənub Qaz Dəhlizi layihəsinin işə düşməsi bu uğurun nöqtəsini qoydu. Avropanın qazla təminatının əsas hissəsi olacaq:

''Layihədə Türkiyənin rolu çox böyükdür. İstər Türkiyənin ərazi cəhətdən böyük yer tutması, istər layihəyə verdiyi dəstək danılmazdır. Türkiyə bu Qaz dəhlizinin reallaşmasında əsas açar ölkə oldu. Bu kəmərdən isə bütün Avropa faydalanacaq''.

''İtaliya, Albaniya, Balkan ölkələri, elə İsrailin özü də bəhrəsini görəcək. Türkmənistanın Avropa bazarına çıxmasında da bu kəmərin böyük əhəmiyyəti var. İllər keçdikcə daha çox ölkə bu layihədən faydalanacaq. Bu dostluq, əməkdaşlıq, sülh dəhlizi olacaq''.

Xatırladaq ki, “Caspian Policy Center”in təşkil etdiyi onlayn konfrans onlayn formada  keçirilib.

Konfransda ABŞ-ın Azərbaycandkı keçmiş səfirləri Robert Sekuta, Riçard Morningstar, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, “BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Şer və bir çox diplomatik korpus rəhbərləri iştirak ediblər.

Vüqar Ağamalıoğlu, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yevlaxda açıq ərazidə YANĞIN OLDU

Yevlaxda açıq ərazidə YANĞIN OLDU

Məşhur türk aktyor özbəkistanlı aktrisa ilə EVLƏNDİ - VİDEO

Məşhur türk aktyor özbəkistanlı aktrisa ilə EVLƏNDİ - VİDEO

Ağcabədidə DƏHŞƏT: Ailəsi gənc oğlanın meyitini buradan TAPDI

Ağcabədidə DƏHŞƏT: Ailəsi gənc oğlanın meyitini buradan TAPDI

Tramp Sülh Şurasının yekun qətnaməsini İMZALADI

Tramp Sülh Şurasının yekun qətnaməsini İMZALADI

“Neftçi” Azərbaycan kubokunda mübarizəni DAYANDIRDI

“Neftçi” Azərbaycan kubokunda mübarizəni DAYANDIRDI

İlham Əliyev ”Sülh Şurası" fonduna ianə sənədinin imzalanma mərasimində İŞTİRAK ETDİ - VİDEO

İlham Əliyev ”Sülh Şurası" fonduna ianə sənədinin imzalanma mərasimində İŞTİRAK ETDİ - VİDEO

Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatdı - YENİLƏNİB/FOTO/VİDEO

Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatdı - YENİLƏNİB/FOTO/VİDEO

Canlı yayımda Qumralın halı PİSLƏŞDİ - VİDEO

Canlı yayımda Qumralın halı PİSLƏŞDİ - VİDEO

Tokayev Trampın adını daşıyan mükafatın təsis edilməsini TƏKLİF EDİB - VİDEO

Tokayev Trampın adını daşıyan mükafatın təsis edilməsini TƏKLİF EDİB - VİDEO

Ramazan ayının ikinci gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazan ayının ikinci gününün iftar və imsak vaxtları - Günün DUASI

Suraxanıda qonşunun evindən oğurluq edən kirayənişin SAXLANILDI - VİDEO

Suraxanıda qonşunun evindən oğurluq edən kirayənişin SAXLANILDI - VİDEO

Vens Azərbaycan və Ermənistana TƏŞƏKKÜR ETDİ

Vens Azərbaycan və Ermənistana TƏŞƏKKÜR ETDİ

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Tramp İlham Əliyev və Paşinyan HAQDA: “Düşünürəm ki, onlar dostlaşıblar” - VİDEO

Tramp İlham Əliyev və Paşinyan HAQDA: “Düşünürəm ki, onlar dostlaşıblar” - VİDEO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

End of content

No more pages to load

RADİO