“Zəngəzur koridoru açılmasa, Laçın dəhlizinin “fatihəsi veriləcək” – Fazil Mustafa  

“Ermənilərin Fransanı bu qədər köntöy şəkildə işin içinə qatması əlacsızlıqdan doğan addımlardır. Demək olar ki, Avropa məkanında əlləri çatan bütün siyasətçilərə fərdi qaydada təzyiqin, şantajın bütün formalarını tətbiq edirlər ki, içi boş "Ermənistanın işğalı" ifadəsini ictimailəşdirsinlər”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, hətta Avropa məkanında məsul postlarda yer alan neytral siyasətçilərin belə öz siyasi postlarını itirməmək üçün erməni tezislərinə loyallıq nümayiş etdirdiklərini sezmək çətin məsələ deyil:  

“Burada əsas məqsəd Ermənistanın Zəngəzur dəhlizinin açılmasından və Qarabağdan hərbi birləşmələri tam şəkildə çıxarmaqdan yayınması durumunda Azərbaycanın aparacağı anti-terror əməliyyatlarına və Laçın dəhlizinin bağlanması istiqamətində addımlarına qarşı indidən siyasi ajiotaj üçün zəmin hazırlamaqdır.  

Etiraf edək ki, buna məlum hərbçilərimizin videosunu məhz bu zamanlama anında ortaya qoymaqla lazımi səviyyədə zəmin hazırlaya biliblər. Yaxşı ki, Baş prokurorluq bu əməli törədən hərbçilərlə bağlı tədbir görüldüyünü fakt olaraq ortaya qoydu və bəhanənin səviyyəsini xeyli aşağı düşürdü. Burada ən önəmli məsələ Azərbaycan Prezidentinin Makrona verdiyi cavabda yer alırdı”.  

Fazil Mustafanın sözlərinə görə, illər öncə bu üslubda sərt cavab verilməsi hamımız üçün xeyli gözlənilməz olardı:  

“Çünki torpaqlar işğal altında idi, ATƏT-in Minsk qrupundan reallıqda imtina etmək şansımız yox idi. Fransa kimi dövlətlər Avropa Birliyindəki üstün mövqeyindən istifadə edərək əleyhimizə ən gözlənilməz addımları ata bilərdilər. İndi isə sahədə vəziyyətə nəinki nəzarət edən, hətta istənilən anda şəraiti dəyişmək üçün real imkana sahib olan bir dövlətin prezidenti birbaşa Fransa prezidentini yalançılıqda, saxtakarlıqda, vicdansızlıqda suçlayaraq onun timsalında bütün erməni əlaltılarına meydan oxuya bilir.  

Çünki onlar da yaxşı bilirlər ki, bu gün kənardan yüz qərar verə bilərlər, ancaq bir daha Azərbaycanın başı üzərindən hansısa süni ATƏT formatı, AŞPA formatı yarada bilməzlər. Bu mövzu həm də Avropa Birliyinin içində, rəhbərliyi ilə üzv dövlətlər arasında ciddi ziddiyyətləri də üzə çıxardı.  

İndi anlayırlar ki, Azərbaycan imzalanan sənədin bəndlərini məlum BMT qətnamələrində olduğu kimi məhz özü də icra edəcək və bircə kəlmə səslənsə ki, "Zəngəzur dəhlizini açmayacağıq", ardınca Laçın dəhlizinin "Fatihəsi veriləcək".  
Demək ki, günümüzün ən vacib tələbi bu millətin hər bir fərdinin proseslərə hansı məsuliyyətlə yanaşması ilə bağlıdır. Əsas vəzifəmiz, borcumuz, xobbimiz "naşı hərəkətə yol verməmək"dir, vəssalam”.  

Millət vəkili hərbçilərimizlə bağlı tirajlanan məlum video ilə bağlı da fikirlərini bölüşüb:  

“Baxın, o hərbçilərimiz ayrı-ayrılıqda böyük qəhrəmanlıqlar göstəriblər, ancaq lovğalıq üçün etdikləri bir naşı hərəkət millətimizi və dövlətimizi yüzlərlə vəhşiliklər törətmiş erməninin və havadarlarının qarşısında müdafiə olunma durumuna salır. Bu yalnız hərbçiyə aid deyil.

Yalnız QHT-si, siyasi partiyası, deputatı, radikal müxalifətçisi, hökumət adamı deyil, yol çəkəni də, Qarabağa qayıdanı da, arı saxlayanı da, mina təmizləyəni də, film çəkəni də, şəkil çəkdirəni də siyasətçi olmasalar da, siyasi adam olmaq məsuliyyətini daşıyırlar.  
Bir naşı hərəkət bu ağır daşı dövlət olaraq, millət olaraq yerindən qaldırmamızı ləngidir, çətinləşdirir. Əlbəttə, bəhanə tapacaqlar deyib yaxamızı kənara çəkməyək. Qoy onlar məhz bizim verdiyimiz bəhanəni tapmasınlar. Özlərinin uydurduğu bəhanələrsə prezidentin makronkimilərə vurduğu ağayana şapalalaqla bir anda suya axıb gedəcəkdir”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

Bakıda narkotacir tutuldu - VİDEO

Bakıda narkotacir tutuldu - VİDEO

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

İsmayıllıda oteldə YANĞIN OLDU

İsmayıllıda oteldə YANĞIN OLDU

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

Bakıda kafenin tualetindən meyit TAPILDI

Bakıda kafenin tualetindən meyit TAPILDI

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

End of content

No more pages to load

RADİO