“Ermənistan sabitlik istəyirsə, təxribatlardan çəkinməlidir” – XİN 

"Ermənistan rəsmiləri nəhayət anlamalıdırlar ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar. Bunun başqa yolu mövcud deyil". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in sualını cavablandırarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ordumuzun mövqeləri atəşə tutuldu – MN  


O bildirib ki, Azərbaycan birinci dəfə deyil ki, Ermənistan rəsmilərinin tamamilə əsassız, yalan məlumatları ilə üzləşir:  

"44 günlük müharibə zamanı Ermənistan tərəfinin yalan və saxta məlumatlarla ictimaiyyəti yanıltmaq cəhdlərinin nə ilə nəticələndiyini yaxşı xatırlayırıq. Bildiyiniz kimi, 12-14 sentyabr tarixli toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin itkiləri ilə bağlı rəsmi məlumat Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilib. Ermənistan silahlı qüvvələrinin genşmiqyaslı hərbi təxribatının qarşısının alınması zamanı 80 hərbi qulluqçumuz şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan Müdafiə Nazirliyindən fərqli olaraq hərbi toqquşmalar zamanı həlak olan hərbi qulluqçularımız barədə məlumatı tam açıq və adbaad siyahının göstərilməsi ilə təqdim edir. Bu siyahı Müdafiə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Şəhidlərimiz bizim qürur mənbəyimizdir, onların dəfn mərasimləri böyük izdihamın, ictimaiyyət nümayəndələrinin, o cümlədən dövlət rəsmilərinin iştirakı ilə keçirilir, KİV tərəfindən geniş işıqlandırılır.

Bir daha vurğulamaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin hərbi qulluqçularının itkiləri ilə bağlı təqdim etdiyi məlumatlar heç bir şübhə doğura bilməz". 

"Görünən odur ki, Ermənistan rəsmiləri yalan məlumatlar yaymaqla, manipulyasiyalar yolu ilə cəmiyyətdə mövcud olan narazılıqlara, xüsusilə də övladlarını itirən qəzəbli valideynlərə təsir etmək istəyir.

Ordusunun səriştəsizliyini ört-basdır etmək istəyən, ölkədaxili gündəmi eybəcər üsullarla dəyişməyə çalışan Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar. Bunun başqa yolu mövcud deyil", - deyə L.Abdullayeva əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

Bakıda narkotacir tutuldu - VİDEO

Bakıda narkotacir tutuldu - VİDEO

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

İsmayıllıda oteldə YANĞIN OLDU

İsmayıllıda oteldə YANĞIN OLDU

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

Bakıda kafenin tualetindən meyit TAPILDI

Bakıda kafenin tualetindən meyit TAPILDI

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

End of content

No more pages to load

RADİO