“Biz Ermənistanla uzunmüddətli sülhə sadiqik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Astana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
“Biz sülhün nəhayət əldə olunması üçün kifayət qədər konstruktiv tezislər irəli sürmüşük”, deyə o, qeyd edib.
Putin öz növbəsində regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri daim diqqətdə saxladığını bildirib:
“Ümid edirəm ki, fürsətdən istifadə edib bütün bu məsələləri yenidən müzakirə edəcəyik”.
Bizim.Media