“Bakı və İrəvan ilin sonuna qədər sülh müqaviləsi bağlamaq barədə razılığa gəliblər”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüş zamanı biz sülh müqaviləsinin bağlanması şərtlərini, yəni ilin sonuna qədər belə razılaşmanın olmasını müzakirə etdik”,-deyə Qriqoryan bildirib.
O, həmçinin qeyd edib ki, görüş zamanı delimitasiya məsələsinin də ilin sonuna qədər baş tutacağı razılaşdırılıb.
Bizim.Media