Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şərif Astanada görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmini vurğulayıblar.
Bizim.Media xəbər verir ki, Azərbaycan və Pakistan liderləri bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Ölkələrimiz arasında hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunulub və bu istiqamətdə müzakirələr aparılıb.
Bizim.Media