Azərbaycanda səfərdə olan Moldovanın Baş naziri Nataliya Qavrilitsa İçərişəhərlə tanış olub.
Bizim.Media xəbər verir ki, Nataliya Qavrilitsanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qarşılayıb.
Qonaq QızQalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub, bu tarixi məkanlar haqqında ona geniş məlumat verilib.
Bizim.Media





