“Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməlidir” - Leyla Abdullayeva

“Ermənistan qüvvələri məqsədyönlü şəkildə Gəncədə mülki əhaliyə raket zərbələri endirib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Gəncəyə hücumların ikinci il dönümü ilə bağlı tədbirdə deyib.

O bildirib ki, Gəncə cəbhə zonasında uzaqda yerləşən şəhərdir:

“Bu hücumlar gecə saatlarında edilib, məqsəd bəllidir. Ətrafda həm bir hərbi obyekt olmadığı bir daha sübut edir ki, məqsəd mülki şəxsləri məhv etmək olub.
Moskvada keçirilən görüşdə humanitar atəşkəs olunduğu andan bir müddət sonra Ermənistan bu atəşkəsi pozdu, bir neçə istiqamətdə hücum etdi, Suqovuşanda azərbaycanlı tibbi personal tərəfindən erməni hərbçilərinin meyitləri yığılarkən onlara qarşı hücumlar törədildi, Gəncə hədəf alındı. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar hüququ, fundamental prinsipləri, Cenevrə protokollarını pozması halıdır”.

Leyla Abdullayevanın sözlərinə görə, XİN bu istiqamətdə məlumatlandırma aparıb, dəlillər toplanaraq beynəlxalq təşkilatlara göndərilib:

“Hərbi cinayətlə bağlı Avropa Məhkəməsində və Beynəlxalq Ədalət Məhkəməsində vəsatətlər qaldırılıb. Bu məsələlər hələ də baxılır. Təqsirkarların ədalət və qanun qarşısında cavab verməsi üçün Azərbaycan bütün imkanlardan istifadə edəcək.
Təəssüflər olsun ki, bu günə qədər hərbi cinayətlər törədən şəxslərdən bir nəfər də Ermənistan tərəfindən qanun qarşısında cavab verməyib. Biz hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiqlər etməyə çağırış edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

Bakıda narkotacir tutuldu - VİDEO

Bakıda narkotacir tutuldu - VİDEO

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

İsmayıllıda oteldə YANĞIN OLDU

İsmayıllıda oteldə YANĞIN OLDU

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

End of content

No more pages to load

RADİO