“10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa yolla buna nail olmağa çalışırlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc səsləndirib.
“Yaxın dövrlərdə Azərbaycana qarşı Avropanın bəzi parlamentlərində bəyanatların qəbul edilməsinə səbəb, xarici qüvvələrin hərbi kontingentini sərhədlərimizə gətirmək niyyətlərinə qarşı çıxmağımızdır. O zaman dağıdılan rayonlarımızı görməyən qüvvələr, indi ordularını Göyçə dağlarına yığmağı hədəfləyir.
Onların sülhpərvərliyinə inanmırıq. Onlar tezliklə burada NATO kontingentini yerləşdirməyə çalışırlar. Planları məhz budur”, - deyə Zahid Oruc əlavə edib.
Murad Əhmədov, Bizim.Media