“Praqa görüşü Azərbaycanın uğuru olmaqla yanaşı, regionda yeni proseslərin də əsasını qoydu””.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Soltan Məmmədov səsləndirib.
“Biz son dövrdə Fransa Prezidentinin Azərbaycan-Ermənistan münasibətlərinə töhfə vermək niyyətlərinə şahidlik edirik. Lakin bəzi erməni parlamentarilərin sentyabr təxribatlarını fərqli təqdim etdiklərini görürük. Əlbəttə, Fransada Azərbaycanın Avropa üçün rolunu görən, ölkəmizin haqlı mövqeyindən xəbərdar olan siyasətçilər də var. Buna görə də Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun sədri kimi bu ölkənin parlamentarilərini hadisələrə obyektiv qiymət verməyə çağırıram”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media