Azərbaycan Prezidenti İlham Əliyev 11-12 oktyabr tarixlərində Qırğızıstana səfər edəcək.
Bizim.Media bu barədə "Sputnik Qırğızıstan"a istinadən xəbər verir.
Məlumata görə, Prezidentin Qırğızıstana səfəri 2 gün davam edəcək.
Dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər.
Səfər çərçivəsində dövlətlərarası şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır. Bundan əlavə, Qırğızıstanla Azərbaycan arasında Dostluq Parkı, Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbləri açılacaq.
Bizim.Media