“Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviterdə yazıb.
O bildirib ki, bu hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb:
“Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür”.
Bizim.Media
