ABŞ Dövlət katibi İlham Əliyevlə bu məsələləri MÜZAKİRƏ ETDİ

Oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib.

Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb.

Dövlət katibi, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşün əhəmiyyətini qeyd edib.
Azərbaycan tərəfindən 17 erməni əsirin geri qaytarılmasını müsbət addım kimi dəyərləndirən A.Blinken ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirib. 

Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib. Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib. 

Öz növbəsində Prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirib.

Dövlətimizin başçısı, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Prezident İlham Əliyev inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər. 
Dövlətimizin başçısı, eyni zamanda, həm Antoni Blinkenin, həm də Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlərə toxunub, bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib.

Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib.

Dövlətimizin başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var. 

Telefon danışığı zamanı Azərbaycan- Amerika Birləşmiş Ştatları əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılıb.

*** 20.59

ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub.  

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb.  

Bildirilir ki, Blinken Azərbaycan və Ermənistan tərəfindən davamlı sülh sazişlərinə nail olmaq üçün atılan müsbət addımları, o cümlədən xarici işlər nazirləri və liderlər arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini deyib. 
Blinken, həmçinin, oktyabrın 4-də 17 erməni əsirin Azərbaycan tərəfindən azad edilməsini alqışlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

Bakıda narkotacir tutuldu - VİDEO

Bakıda narkotacir tutuldu - VİDEO

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

İsmayıllıda oteldə YANĞIN OLDU

İsmayıllıda oteldə YANĞIN OLDU

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

End of content

No more pages to load

RADİO