İlham Əliyevdən britaniyalı səfirin Azərbaycan dilində danışmasına REAKSİYA - VİDEO

“Cənab səfir, Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən səsləndirib.

“Bilirəm ki, səfir təyin edilməmişdən əvvəl siz bir neçə həftə Azərbaycanın bölgələrindən birində yaşamısınız. Bu, sizin yeni vəzifəyə təyin edilməyinizlə əlaqədar nümayiş etdirdiyiniz yüksək məsuliyyətin daha bir göstəricisidir.

Əminəm ki, ölkəmizdə olduğunuz müddətdə siz Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəksiniz və əməkdaşlığımızın gələcək inkişafına əhəmiyyətli töhfə verəcəksiniz, o cümlədən bizim ənənəvi əməkdaşlıq sahələrinə daxil olmayan, potensial tərəfdaşlığın yeni sahələrində.

Çünki əməkdaşlığımızın əsas və ənənəvi sahələrində artıq ciddi irəliləyiş və böyük nailiyyətlər var. Mən təkcə Azərbaycan üçün deyil, daha geniş region üçün bu gün heç zaman olmadığı qədər mühüm olan enerji sahəsini nəzərdə tuturam”, - deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən kişi meyiti TAPILDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

Bakıda narkotacir tutuldu - VİDEO

Bakıda narkotacir tutuldu - VİDEO

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

İsmayıllıda oteldə YANĞIN OLDU

İsmayıllıda oteldə YANĞIN OLDU

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO