Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistana dialoqla bağlı çağırış edib.
Bizim.Media xəbər verir ki, bu gün Strasburqda AŞPA-nın payız sessiyasında çıxış edən Tini Koks Azərbaycan və Ermənistandan olan parlamentariləri Assembleyadan forum kimi faydalanmağa çağırıb.
O, parlamentariləri çətin və həssas məsələlərdə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq qurmağa çağırıb.
Qeyd edək ki, bu gün AŞPA-nın payız sessiyasının ilk günündə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlarla bağlı məsələnin müzakirə olunması qərarlaşdırılıb. Məsələ bu gün sessiyanın ikinci hissəsində Fransa vaxtı ilə təxminən 16:00 radələrində müzakirə olunacaq.
Bizim.Media