“Siz danışdıqca öz-özümə düşündüm, görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən deyib.
“Azərbaycan Prezidenti isə ingiliscə danışır və bir-birimizi anlayırıq”, deyə o, qeyd edib.
Bizim.Media