“Həm dövlət, həm də fərdi şikayətlərlə bağlı sübutlar məhz prokurorluqda toplanılır və şikayətlər verilərkən müvafiq qurumlara göndərilir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov səsləndirib.
“Yalnız son illər ərzində Baş Prokurorluq tərəfindən 40-a yaxın dövlətə 71 hüquqi yardım haqqında vəsatətlər göndərilib. Hansı ki, vəsatətlərlə həmin dövlətləri Ermənistanın törətdiyi cinayətlərlə bağlı məlumatlandırmışıq”, - deyə prokurorluq rəsmisi əlavə edib.
Murad Əhmədov, Bizim.Media