Erməni cinayətləri ilə bağlı materiallar Avropa Məhkəməsinə təqdim edilib - RƏSMİ 

 “Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib”.

Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan öz haqq mövqeyini müdafiə edir:

“Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə müdafiə edir. Biz artıq 2003-cü ildən bu işlə məşğul oluruq. Avropa Məhkəməsində Çıraqov və digərlərinin Ermənistana qarşı şikayəti daxil olduqdan sonra Azərbaycan dövləti bu işlə daha yaxından məşğul olmağa başlayıb. 2015-ci ildə Avropa Məhkəməsinin Çıraqov və digərlərinin Ermənistana qarşı iş üzrə qərarında artıq müharibə cinayətlərini əks etdirən Haaqa Konvensiyasına və nizamnaməsinə istinad olunub və həmin mətndə tarixdə ilk dəfə olaraq beynəlxalq məhkəmənin qərarında Ermənistan dövləti tərəfindən Azərbaycan ərazisinin bir qismini işğal altında saxlaması faktı əks etdirilib”.

Ali Məhkəmənin sədr müavini vurğulayıb ki, 2020-ci ilin oktyabrında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib:

“2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim etmişdir. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib. Əminəm ki, biz bu sahədə də qələbə qazanacağıq. Əminəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edəcək və Azərbaycan əhalisinin pozulmuş hüquqlarının bərpası məqsədilə Ermənistan üzərinə təzminat müəyyən ediləcək”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda vəkillərin sayı 3 mini KEÇDİ

Azərbaycanda vəkillərin sayı 3 mini KEÇDİ

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Oğuzhan Uğur SAXLANILDI

Oğuzhan Uğur SAXLANILDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

End of content

No more pages to load

RADİO