“Ermənistanın tərəfindən basdırılan minalar Azərbaycanda terror törədir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov şəxsi “Twitter” hesabında Ağdamdakı mina partlayışı ilə bağlı paylaşımda qeyd edib.
“Ağdam rayonunda son mina partlaması nəticəsində daha 2 mülki şəxs xəsarət alıb. 2020-ci ildə münaqişənin başa çatmasından sonra mina partlayışları nəticəsində 259 azərbaycanlı həlak olub və ya yaralanıb”,-deyə F.İsmayılov bildirib.
Bizim.Media
