Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şəxsi “Twitter” hesabında qeyd edib.
“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, - deyə nazir bildirib.
Bizim.Media
