“ABŞ Cənubi Qafqazda Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel brifinq zamanı deyib.
"Biz Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşünü, eləcə də Fransa prezidenti ilə Aİ Şurasının rəhbərinin hərtərəfəli sülh prosesinə təkan vermək cəhdlərini alqışlayırıq.
Biz, xüsusilə, regionda Aİ müşahidəçilər missiyası məsələsində irəliləyişi alqışlayırıq. Bu missiya tərəflər arasında etimadın möhkəmləndirilməsini və dialoqun davam etməsini hədəfləyir", - deyə o bildirib.
Bizim.Media