Xəbər verdiyimiz kimi, İlham Əliyev, Ərdoğan və Paşinyan Praqada keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısından öncə kuluarda bir araya gəlib. Həmin görüşün tam videosunu Anadolu agentliyi yayıb.
Bizim.Media xəbər verir ki, videoda prezident Rəcəb Tayyib Ərdoğan masa ətrafında söhbət edən İlham Əliyevlə Paşinyana yaxınlaşır.
Türkiyə lideri öncə Azərbaycan Prezidenti, sonra isə Ermənistanın baş naziri ilə səmimi görüşür. Paşinyanın dediklərini Mövlud Çavuşoğlu tərcümə edir.
Sonra onlara Fransa prezidenti Emmanuel Makron yaxınlaşır.
Bizim.Media