“Fransa Azərbaycanın 17 erməni hərbçini təhvil verməsini alqışlayır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Fransa səfiri Zakar Qross səsləndirib.
O, qeyd edib ki, Azərbaycanın 17 erməni hərbçini təhvil verməsi bu gün Praqada keçiriləcək mühüm görüşlər ərəfəsində etimadın qurulmasına töhfə verəcək.
Diplomat vurğulayıb ki, bu, alqışlanacaq humanitar bir jestdir.
Bizim.Media