Bayden Makronla İran haqda nə danışıb?

“The Times of İsrael” nəşri artıq ABŞ-ın yeni İran strategiyasının masa üzərində olduğundan yazır. 

Bazar günü ABŞ prezidenti Co Bayden ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı başa tutub.

Danışıq zamanı Bayden və Makron Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması və iqlim məsələləri ətrafında müzakirə aparıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Baydenin “yüz günü” qara xəbərlə başladı

ABŞ ordusunda cinsi azlıqlar xidmət göstərəcək - Baydendən qərar


Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “The Times of İsrael” nəşri yayıb.

Mənbə yazır ki, ABŞ prezidenti Makrondan Fransanın İranla nüvə danışıqlarına yenidən qayıtmaq barəsində əlaqələndirici missiyasını icra etməsini təklif edib.

Fransa tərəfindən verilən açıqlamada hər iki liderin Yaxın Şərqdəki təhlükəsizlik problemi və İranın nüvə müqaviləsinə əməl etməsi məsələsində razılığa gəldikləri və birlikdə hərəkət etmək istədikləri qeyd olunub. 

Bayden hökümətinin İran məsələsindəki mövqeyini tam anlamaq üçün yeni təyinatları nəzərdən keçirməkdə fayda var.

Belə ki, Bayden administrasiyasında Vendi Şerman xarici içlər nazirinin müavini, Antoni Blinken isə xarici işlər naziri, Ceyk Sullivan prezidentin milli təhlükəsizlik müşaviri, keçmiş milli təhlükəsizlik müşaviri olan Suzan Rays da yüksək vəzifəyə təyin olunub.

Adları sadalanan şəxslər Obama administrasiyası zamanı 2015-ci ildə İranla nüvə müqaviləsinin bağlanmasında yer alan komandada yer alırdı. İndi bu komanda yenidən vəzifə başındadır. 

ABŞ-ın Obama dönəmindəki strategiyası İranın nüvə fəaliyyətini nəzarətdə saxlamaq və onu regional konfliktlərə çəkmək idi.

Çünki bu halda İran iqtisadi olaraq ciddi şəkildə zəifləyəcək və daxili böhranlı vəziyyəti idarə edə bilməyəcək, içəridən çökəcəkdi.

Lakin ABŞ siyasi kursunun əksinə İranın regional fəallığının artması İsrailin və körfəz ölkələrinin maraqlarına xidmət etmirdi. Daha sonra Tramp administrasiyasının İrana qarşı “artan təzyiq” strategiyası seçməsində də bu amilin rolu əsas idi.

Lakin keçən müddət onu göstərdi ki, İranla imzalanmış müqavilə, nüvə fəaliyyətlərinin qismən qarşısını alsa da, İranın əlavə güc qazanmasına da imkan verdi. İran isə bu gücü heç də iqtisadi inkişaf üçün yox, əksinə region ölkələrindəki maraqlarının təmin olunmasına yönəltdi.

Yəməndə, Suriyada və Livanda öz varlığını ən böyük ölçüdə reallaşdırmağa çalışdı. Digər tərəfdən İran nüvə müqaviləsinə də ciddi əməl etmədiyi, gizli nüvə fəaliyyətləri icra etdiyi də aydın oldu. 

Lakin indi Bayden höküməti yenidən nüvə müqaviləsinə, dolayısı ilə də Obama dövründəki strateji xəttə qayıtmağa hazırlaşır. Ancaq İranın vəziyyəti də 2015-ci ildəki ilə eyni deyil.

Artıq bütün dünyaya məlumdur ki, İran regional fəaliyyətlərə meyllidir və bu amil regional təhlükəsizliyə təhdidir. İkincisi İran bu illər ərzində nüvə infrasturukturunu daha da inkişaf etdirməyi bacarıb.

Bayden hökümətinin nüvə müqaviləsinə yenidən qayıdacağı halda bu amillərin də nəzərə alınacağını düşünmək olar.

İstənilən halda yeni dövrün İran üçün Obama dövründəki vəziyyətdən fərqli olacağı aydındır. Obama hökuməti İrana qarşı diplomatik vasitələrdən, Tramp höküməti isə gücdən istifadə edirdi.

Co Bayden administrasiyasının isə hər iki vasitədən paralel şəkildə istifadə edəcəyi ehtimalı daha böyükdür. Çünki ABŞ İranla diplomatik danışığın nəticə vermədiyinin təcrübəsini yaşayıb, hərbi yolla İranın neytrallaşdırmağın da arzuolunmaz nəticələri ola biləcəyinin fərqindədir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliyanın Baş naziri bu gün Azərbaycana GƏLƏCƏK

İtaliyanın Baş naziri bu gün Azərbaycana GƏLƏCƏK

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

End of content

No more pages to load

RADİO