“Azərbaycan hökuməti ilə prioritet sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq rəqabətə davamlı iqtisadiyyat, güclü institutların yaranması, insan kapitalına investisiyalar və təmiz ətraf mühit sahələrini əhatə edir”.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Ağdamda keçirilən Milli Şəhərsalma Forumu çərçivəsində paneldə çıxışı zamanı deyib.
O, bu il BMT ilə Azərbaycan arasında münasibətlərin 30-cu ildönümünün qeyd olunduğunu xatırladıb.
Regionda müharibənin nəticələrinə toxunan BMT təmsilçisi deyib ki, bu müharibədən Azərbaycan əhalisi ciddi zərər görüb, travma yaşayıb:
“BMT Azərbaycana post-münaqişə dövründə dəstək verməyə davam edir, xüsusilə minatəmizlənmə sahəsində Azərbaycanla birgə işləyirik”.
Bizim.Media