Prezident: “Minsk Qrupunun etdiyi yeganə şey Ermənistanın təcavüzünü legitimləşdirmək olub”

“Minsk Qrupunun etdiyi yeganə şey Ermənistanın təcavüzünü müəyyən dərəcədə legitimləşdirmək olub”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib. 

Dövlət başçısı daha sonra deyib:  

“BMT, ATƏT və digərləri kimi aparıcı beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, qərarlar qəbul etməsinə, xüsusilə də təxminən 30 il kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bizim Ermənistana sanksiyaların tətbiq edilməsinə dair bütün çağırışlarımıza baxmayaraq, biz müvəffəq ola bilmədik.  

Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə bir növ göz yummağa qərar verdi. Ən təəssüf doğuran isə bu idi ki, ATƏT-dən mandatı olan struktur “Minsk Qrupu” və onun həmsədrləri işğal altındakı əraziləri dəfələrlə ziyarət etdilər, bütün şəhər və kəndlərin qəddarcasına məhv edilməsinə, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşmasına şahid oldular, ancaq Ermənistanı qınamadılar”. 

Prezident həmçinin vurğulayıb ki, bu 28 illik “fəaliyyət” boyunca onlar tərəfindən Ermənistana bircə kəlmə də olsa qınaq yox idi:  

“Əlbəttə, biz indi bu Minsk Qrupunun canlandırılması üçün bəzi səylər görürük, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar mandatlarının həyata keçirilməsi üçün heç nə etmədilər. Onların etdiyi yeganə şey əslində müəyyən dərəcədə Ermənistanın təcavüzünü legitimləşdirmək oldu.  

Onlar təcavüzkarla bu təcavüzün qurbanı olan arasında balans yaratmağa çalışdılar. Ona görə də Azərbaycanın özünün beynəlxalq hüququ bərpa etdiyi, BMT Təhlükəsizlik Şurası qətnamələrini həyata keçirdiyi , BMT Xartiyasını, xüsusilə də özünümüdafiə ilə bağlı paraqrafını istifadə etdiyi və milli ləyaqətimizi bərpa etdiyi bir vaxtda biz başqa bir vasitəçiliyə ehtiyac duymuruq”, - dövlət başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Vəfanın arxiv VİDEOsu yayıldı

Vəfanın arxiv VİDEOsu yayıldı

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Erməni hərbçinin meyiti TAPILDI

Erməni hərbçinin meyiti TAPILDI

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Yaponiyada parlament seçkiləri keçirilir

Yaponiyada parlament seçkiləri keçirilir

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

Dünyanın ən böyük futbol stadionu tikilir

Dünyanın ən böyük futbol stadionu tikilir

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən kişi meyiti TAPILDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

Bakıda narkotacir tutuldu - VİDEO

Bakıda narkotacir tutuldu - VİDEO

End of content

No more pages to load

RADİO